SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mübariz Şahbazovun rəhbərliyi altında fəaliyyət göstərən MERO-lar əslində potensial “qəza laborotoriyası” rolunu oynayır

Mübariz Şahbazovun rəhbərliyi altında fəaliyyət göstərən MERO-lar əslində potensial “qəza laborotoriyası” rolunu oynayır

Tarix:

22-05-2018, 13:40

/ 1 706 dəfə oxundu.
Mübariz Şahbazovun rəhbərliyi altında fəaliyyət göstərən MERO-lar əslində potensial “qəza laborotoriyası” rolunu oynayır

Elə bir gün olmur ki, yol qəzalarında baş verən faciələrlə bağlı xəbərlər verilməsin. Sanki dəhşətli qəzalar ölüm kabusu kimi yollarda dolaşmaqda, can almaqdadır. Statistika göstərir ki, baş verən dəhşətli qəzaların böyük hissəsi məhz təcrübəsiz sürücülər tərəfindən törədilir. Azərbaycanda çox yaxşı bir deyim var- “kreditə bir maşın, bir prava al, avtoşluq elə”.

Doğrudan da indi ölkəmizdə sürücülük vəsiqəsi almaq metro kartı almaqdan da asandır. Bunun üçün sənin təcrübən, yol hərəkəti nişanlarını tanıyıb-tanımaman əsas deyil, pulun varsa lap təyyarə pilotu da ola bilərsən. Daha çox MERO kimi tanınan İmtahan və Qeydiyyat Şöbəsinin açdığı “prava bazarı”nda satılan sürücülük vəsiqələrinə sahib olan təcrübəsiz, yol nişanlarını tanımayanlar təkcə özləri üçün deyil, həm də başqaları üçün təhlükə mənbəyidir. Mübariz Şahbazovun rəhbərliyi altında fəaliyyət göstərən MERO-lar əslində potensial “qəza laborotoriyası” rolunu oynayır. “Əcnəbilərin seyrə balonlarla çıxdığı” indiki dövrdə hələ avtomobil sürə bilməyənlərə sürücülük vəsiqəsi satmaqla (bəli, məhz satmaqla) məşğul olan bir qurumu korrupsiya, rüşvət bataqlığında batıran M. Şahbazov nəinki fəaliyyətində dönüş etmək haqqında düşünür, əksinə hər gün bu sahəni daha da uçuruma aparır.
DYP sistemində daha çox “Cənub qruplaşması”nın rəhbəri kimi tanınan M. Şahbazov həm də ölkənin ən böyük oliqarxlarından biridir. Rubrika.az saytına daxil olan məlumatlarda göstərilir ki, böyük biznes imperiyasına sahib olan M. Şahbazovun çoxlu sayda obyektləri vardır. Təbii ki, halal maaşla belə bir sərvətə sahib olmanın mümkünsüzlüyü hər bir şəxsə, xüsusilə də sürücülərə yaxşı məlumdur. Hamı yaxşı bilir ki, Azərbaycanda alınan hər “prava”da-sürücülük vəsiqəsində M. Şahbazovun “haqqı” var.
Yuxarıda qeyd etdiyimiz kimi bu gün ölkədə sanki bir “yol terroru”hökm sürür. Bunun isə haradan və neçəyə qaynaqlandığını hamı bilir. Əslində MERO-larda gənclərə sürücülük vəsiqəsi əvəzinə “ölüm kağızı” satılır. İnsan həyatını bu qədər ucuza satan M. Şahbazovun rəhbərlik etdiyi İmtahan və Qeydiyyat Şöbəsinin fəaliyyəti çox ciddi şəkildə araşdırılmalıdır. Dövlət başçısının korrupsiyaya, rüşvətxorluğa qarşı sərt tədbirlər gördüyü bir zamanda baş verənləri əlaqədar qurumların görməzdən gəlməsi maraqlı nüanslardan xəbər verir. Bu maraqlı nüanslar haqqında növbəti araşdırmamızı izləyin.
P.S. Bu yazını oxuyarkən və yaxud oxuduqdan sonra özünüzü gözləyin. “Yol terror”u davam edir!

Mövzunu davam etdirəcəyik.

Rubrika.Az

Şərhlər

XƏBƏR LENTİ