SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tanınmış kosmetoloq Elnarə Rzayevanın barəsində cinayət işi açılıb: “Təpiklə dizimə vurdu, ağrıdan yerə yıxıldım”

Tanınmış kosmetoloq Elnarə Rzayevanın barəsində cinayət işi açılıb: “Təpiklə dizimə vurdu, ağrıdan yerə yıxıldım”

Tarix:

22-05-2018, 09:23

/ 2 085 dəfə oxundu.
Tanınmış kosmetoloq Elnarə Rzayevanın barəsində cinayət işi açılıb: “Təpiklə dizimə vurdu, ağrıdan yerə yıxıldım”

Tanınmış kosmetoloq Elnarə Rzayevanın barəsində cinayət işi başlanıb. O, öz müştərisini döyərək xəsarət yetirməkdə ittiham olunur. Elnarə Rzayevanın müştərisi olmuş şikayətçi Validə Firudinova Criminal.az saytına bildirib ki, bu il martın əvvəlində kosmetoloqa müraciət edib, sonda iş polisə qədər uzanıb:
”Bu il marıtn əvvəlində Elnarə Rzayeva burun kiçilmək üçün endirim kampaniyası keçirirdi. Həmin vaxta qədər onu tanımırdım. Qızım instagramda Elnarəni izləyirdi. Kampaniyada 3-cü yeri tutduq, 30 faiz endirimlə Elnarə xanıma müraciət etdik. Burnumu kiçiltmək istəyirim. 280 manata iynə vurdu və dedi ki 20 günə burun kiçiləcək. İynədə dəhşət ağrılı idi. Həmin müddət keçsə də burunda kişilmə olmadı, əksinə burnumun yuxarı hissəsində əyilmə və göyərmə baş verdi. Elnarə ilə əlaqə saxladıq, burnumun kiçilmədiyini dedik, bildirdi ki, mərkəzə gəlin, sizə sübut edim ki, kiçilib. Xəbərdarlıq da etdi ki, gələrkən səs-küylə gəlməyin. Sən demə, bu adam belə hallarla tez-tez rastlaşırmış. Burunumu iynə vurmamışdan qabaq kobud şəklin çəkmişdi, iynədən sonra isə kənardan çəkib fotoşop etdi. Ordakı işçiləri də çağırıb mənə burnumun kiçildiyinə inandırmağa çalışdı. Və qəflədən bizə dedi ki, çıxın otaqdan. Mən ondan pulu tələb etdim. Mənə yaxınlaşaraq əyləşdiyim kresloya təpiklə vurdu, stolun üzərindəki stəkan-nəlbəkini yerə çırpdı. Yenidən pulu istəyəndə isə yerdəki qırıq şüşələri götürüb qızımın üstünə atdı. Baş verəcək pis hadisənin baş verməməsi üçün otaqdan çıxıb polisə şikayətə getmək istəyirdim. Dəhlizlə gedərkən gördüm bizi telefonla çəkir. Mənə dedi ki, sizi çəkib youtub-da biabır edecəm. Əlindən telefonu almaq istəyərkən təpiklə dizimə vurdu, ağrıdan yerə yıxıldım. Elnarə başımın üstündə dayanaraq çəkilişə davam edirdi. Qızım onun əlindən telefonu almaq istəyərkən işçilər də qızımın üstünə düşdü. Düzdü işçilər vurmadı, sadəcə elə şərait yaratdılar ki, Elnarə yaxşı döysün. Qızım da onun saçından tutub özünü müdafiə etdi. Qızımın dırnağı kökündən qopdu. Təsəvvür edin, qızım yerdə döyülür, mən kənarda dayanıb baxıram, ağrıdan qalxa bilmirəm. Bayırdan bir taksi sürücüsü içəridaxil olub qızımı onlardan aldı”.

V.Firidunova deyir ki, hüquq-mühafizə orqanı əməkdaşları gəldi, polis bölıməsinə aparıldıq: ”102-yə yığdıq, polislər gəldi. Elnarə polisə getmirdi. Arxasında kimsə durur, bilmirəm sevgilisidi kimdi, amma ona arxalanır. Sonda Elnarəni məcburi bölməyə apardılar. Orada da ağzına gələnləri danışdı. Polis bölməsində ELnarə izahat verib ki, güya bizə pulsuz iynə vurub. Halbuki biz 3-cü yer tutmuşduq, bizə 30 faiz endirim edilmişdi. Sonra birinci yerə çıxan qızı bizi tapdı. O da dedi ki, burnumda keçilmə olmayıb. Mən bilsəydim ii, o 280 manata görə dava edir, heç getməzdim. Mənim getməkdə məqsədim burnumun kişilmədiyini ona sübut etmək idi. Hazırda işimiz Nəsimi rayon Polis İdarəsinə göndərilib. Ordan-burdan da eşidirəm ki, Elnarənin arxasında bir kişi dayanır. Allah onun da bəlasını versin ki, Elnarə bizim kimi admların başına oyun açır, o da hamını susdurur. Allah onun bəlasın versin”.

”Kimsə ondan səhv tapırsa o dəqiqə yalandan məlumatlar yayır ki, rəqiblərim öyrədib. Mən onun sahəsində işləmirəm, rəqibim də deyil. Ekspertə getdik, ayağılmda yırtıq əmələ gəlmişdi. Dedilər təcili əməliyat olunmalıyam. Bildirdilr ki, əməliyat olunmasam gələcəkdə kəsilə bilər. Məcbur qalıb özəl klinikalardan birində əməliyat olundum. Bu dəqiqə də həmin xəsarətlərin fəsadın görürəm. Hadisədən bir müddət sonra qızım sosial şəbəkədə mənim ayaq şəkilimi paylaşaraq Elnarə həkimə aldanmamağı məsləhət gördü. Elnarə isə cavab olaraq mənim şəklimi pis hala salaraq paylaşdı və yazdı ki, bu qadın qızlarını Türkiyəyə satıb. Bundan başqa şəklimi paylaşaraq məni narkoman kimi təqdim edir, güya həbsxanadan çıxmışam, insanları aldadıram. Şəkilimi də elə hala salıb ki, baxan adam doğurdan da inanar ki, mən narkomanam. Bir sözlə, bu qız qan-qan edir”.

Elnarə Rzayeva Criminal.az saytına açıqlamasında bildridi ki, həmin şəxslər keçirdiyi kampaniyada prosedur udmuşd. Proseduru edəndən sonra şantaj etməyə başlayıblar, hətta mərkəzdə bəzi əşyları sındırıblar.
Kosmetoloqun sözlərinə görə, həmin şəxslər polisə şikayət ərizəsi veriblər: ”Araşdırma zamanı pasientlər tərəfindən çəkilmiş video polisə təqdim olunandan sonra onların şikayətinin şər-böhtan olduğu üzə çıxdı. Hal-hazırda məhkəmə iddiası qaldırıram. 100 min manat təzminat tələb edəcəm həmin şəxslərdən. Hazırda qara siyahımda 3 nəfər var. Onlar həm media vasitəsilə, həm də səhifəmdə məndən üzr istəyəcəklər. Öndə olmaq həmişə çətin olur, mən də bunlara hazıram. Bu vaxta kimi ancaq özümü qorumuşam, bundan sonra hücum edəcəm. Hər kəs bir-bir cəzasını çəkəcək”.
Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsindən Criminal.az saytına bildirildi ki, E. Rzayevanın barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığı az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Tanınmış kosmetoloq Elnarə Rzayevanın barəsində cinayət işi açılıb: “Təpiklə dizimə vurdu, ağrıdan yerə yıxıldım”
Tanınmış kosmetoloq Elnarə Rzayevanın barəsində cinayət işi açılıb: “Təpiklə dizimə vurdu, ağrıdan yerə yıxıldım”
Tanınmış kosmetoloq Elnarə Rzayevanın barəsində cinayət işi açılıb: “Təpiklə dizimə vurdu, ağrıdan yerə yıxıldım”

Şərhlər

XƏBƏR LENTİ