SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qaradağın "ŞEYXİ" də yol üstündədir... - Ayağında böyük büdcə kəsiri var...

Qaradağın "ŞEYXİ" də yol üstündədir... - Ayağında böyük büdcə kəsiri var...

Tarix:

18-05-2018, 12:21

/ 1 389 dəfə oxundu.
Qaradağın "ŞEYXİ" də yol üstündədir... - Ayağında böyük büdcə kəsiri var...

Əlindəki sərvət və imkanlarına görə, ərəb şeyxlərindən heç də geri qalmayan Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun da yaxın vaxtlarda vəzifəsini itirəcəyi haqda informasiyalar dolaşmaqdadır. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, Süleyman Mikayılov təkcə görəvi ilə vidalaşmayacaq, həm də bu vaxta qədər yığdığı var-dəvlətinin əhəmiyyətli hissəsini də itirəcək.

Mənbənin söylədikləri: "Çünki onun ayağında külli miqdarda büdcə kəsiri var. Bu pullar dövlətə qaytarılmalıdır. Mütləq şəkildə. Süleyman Mikayılov bu vaxta qədər Qaradağ rayonuna ayrılan büdcə pullarını mənimsəməklə yetinməyib. eyni zamanda Qaradağ ərazisində qurduğu rüşvət şəbəkəsi, habelə, rayon ərazisindəki qanunsuz daş karxanaları hesabına da ağlasığmaz sərvət əldə edib.

İndi isə vaxt yetişib. Süleyman Mikayılovun ödəşməsi zamanıdır. Onun hazırda FHN şefinin himayəsində olduğu deyilir. Amma fakt odur ki, heç bir himayədar hansısa başçını əgər "qələmi qırılıbsa" müdafiə əmində olmur".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

QEYD: Vəd etdiyimiz kimi, yaxın vaxtlarda Süleyman Mikayılovla hazırda həbsdə saxlanılan "Quska" ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin sarsılmaz dostluq münasbiətləri ilə bağlı ilginc faktları da diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ