SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Azəravtoyol”da qarşıdurma: Əvəz Qocayev Saleh Məmmədova qarşı

“Azəravtoyol”da qarşıdurma: Əvəz Qocayev Saleh Məmmədova qarşı

Tarix:

17-05-2018, 21:25

/ 4 230 dəfə oxundu.
“Azəravtoyol”da qarşıdurma: Əvəz Qocayev Saleh Məmmədova qarşı

Son zamanlarda «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Əvəz Qocayevin adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməz məqamlarda hallanıb, fəaliyyətinə dair tənqidi xarakterli məqalələr yayımlanıb. Onun eks nəqliyyat nazirinin yaxın adamı, ən etibarlı kadrlarından biri olduğunu vurğulayan məlumatlı şəxsin bizimlə paylaşdığı bilgilərdə deyilir ki, Əvəz Qocayev hazırda təmsil olunduğu posta məhz Ziya Məmmədovun sayəsində gətirilib. Oxuculara məlumat olaraq cumhuriyyet.az bildirir ki, eks-nazirin 2015-ci ilin aprel ayının 3-də imzaladığı əmri ilə «Azəryolservis» ASC-nin Avtomobil yollarının istismarı və reklam MMC-nin rəisi Əvəz Qocayevin adıçəkilən ASC-nin sədr müavini – Avtomobil yollarının istismarı idarəsinin rəisinə təyin olunduğunu bildirən mənbənin sözlərinə görə, «Azəryolservis»in adının dəyişdirilib «Azəravtoyol» olmasına, eyni zamanda ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasına baxmayaraq, Saleh Məmmədovun müavini hələ də Ziya Məmmədova sədaqətini qoyurub saxlayıb: «Deyilənlərə görə, Əvəz Qocayev az qala hər yerdə «Mənim «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə gətirilməyində Ziya Məmmədovun xidməti olub. O hər zaman mənə xüsusi diqqət və qayğı ilə yanaşıb. Elə bu səbəbdən də mən daim ona sədaqətimi qoruyub saxlayacağam. Əgər birdən Saleh Məmmədovla Ziya Məmmədov arasında seçim etməli olsam, onda eks nəqliyyat nazirinin yanında olacam» deyir.
Məhz elə bu səbəbdən də son zamanlar «Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədovla onun müavini Əvəz Qocayev arasında münasibətlər xeyli gərginləşib. Bununla bağlı verilən məlumata görə, Saleh Məmmədov müavininin Ziya Məmmədovun qıraqdan müdaxilə və yardımları ilə ASC-nin sədri postuna gətirilə biləcəyindən ehtiyat edir və buna görə də Əvəz Qocayevi mümkün qədər nəzarətdə saxlamağa çalışır. Bu isə qurum daxilində gərginliyin yaranmasına gətirib çıxarıb». «Azəravtoyol» ASC-nin ölkənin avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərdiyini, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirdiyini xatırladan məlumatlı şəxs iddia edir ki, Əvəz Qocayev 2016-cı ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı postu uğrunda gedən mübarizəyə qatılmışdı: «Deyilənlərə görə, həmin vaxt Nəqliyyat Nazirliyinin yetkili şəxslərindən biri Əvəz Qocayevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətərilməsindən ötrü bir xeyli çaba sərf etsə də, sonda uğursuzluğa düçar olub. Belə ki, yuxarılarda Əvəz Qocayevin icra başçısı postuna layiqli kadr olmadığı ilə bağlı qərar verildikdən sonra onun himayədarları çıxılmaz vəziyyətə düşmüşdülər. Lakin eks-nazirin məsələyə müdaxiləsindən sonra Əvəz Qocayev hazırda çalışdığı vəzifəyə təyinat almaqla özünü sığoralamağı bacarıb.
Bu arada, onu da nəzərinizə çatdırım ki, «Azərbaycan Dəmir Yolları» QSC-nin keçmiş rəhbəri, hazırda nəqliyyat nazirinin müavini postunda çalışan Arif Əsgərovun da adının hallandığı, 50-yə yaxın sahibkar zərər çəkdiyi 48 milyon manatlıq mənimsəmədə «Azəravtoyol» ASC-nin sədr müavini Əvəz Qocayevin də adı keçir.
Belə ki, bu maliyyə maxinasiyası ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan adıçəkilən QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovun Əvəz Qocayevin kürəkəni olduğu bildirilir.

Cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ