SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakı meri postuna daha bir iddialı namizəd - Eldar Yunusov

Bakı meri postuna daha bir iddialı namizəd - Eldar Yunusov

Tarix:

17-05-2018, 21:21

/ 2 373 dəfə oxundu.
Bakı meri postuna daha bir iddialı namizəd - Eldar Yunusov

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun Hacıbala Abutalıbovu əvəzləmək şansı var

Dövlət başçısının məlum (21 aprel 2018-ci il) sərəncamı ilə baş nazirin müavini təyin olunan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun postuna indiyədək çoxlarının adı hallanıb. Artıq bir aya yaxındır ki, sahibini gözləyən bu yüksək vəzifəyə daha bi iddialı var. Həm də yeni-ölkə icimaiyyəti üçün bir o qədər də tanış olmayan bir sima. Söhbət Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovdan gedir. Bu istiqamətdə yenixeber.org-u məlumatlandıran mənbə adıçəkilən şəxsin yetərincə şanslı oluğunu bildirir. Hətta o dərəcədə ki, Eldar Yunusov özünü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postunun bir addımlığında olduğunu büruza verməkdən belə çəkinmir. Məlumata görə bu məsələ cənab Yunusov üçün heç də yeni deyil. Hələ aylar əvvəl-prezident seçkilərindən öncə də Eldar Yunusov yeni vəzifə ilə bağlı vədlər alıb. Onun şansını stimullaşdıran faktorlarla bərabər, əks mülahizələr də var...
Bu isə Eldar müəllimin rəbhərlik etdiyi idarənin adının mediada müxtəlif mənimsəmə, tender əməliyyatlarında və məlum “MTN işi”ində hallanmasıdır. Google üzərindən bir axtarış cəhdi kifayətdir ki, Eldar Yunusovla bağlı kəskin ittihamlarla zəngin yazılarla rastlaşasan. Səslənən ittihamların nə dərəcədə həqiqət olması bir yana, əsl həqiqəti yaxın zaman isbatlayacaq.

Yenixeber.org

Şərhlər

XƏBƏR LENTİ