SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Süleyman Mikayılovdan ulu öndərin ruhuna sayğısızlıq... - "Bizi ağrıdan isə odur ki..."

Süleyman Mikayılovdan ulu öndərin ruhuna sayğısızlıq... - "Bizi ağrıdan isə odur ki..."

Tarix:

17-05-2018, 11:19

/ 1 334 dəfə oxundu.
Süleyman Mikayılovdan ulu öndərin ruhuna sayğısızlıq... - "Bizi ağrıdan isə odur ki..."

Redaksiyamıza müraciət edən bir qrup Qaradağ rayon sakini yerli icra hakimiyyətinin başçısı Süleyman Mikayılovdan narazılıq edirlər. Sakinlərin bildirdiyinə görə, Süleyman Mikayılov bu dəfə təkcə Qaradağ camaatını yox, bütünlükdə olaraq Azərbaycan xalqını narahat edən bir addımı ilə diqqətə gəlib.

Narazı vətəndaşlar yazır: "Qaradağ rayonu ərazisindəki Heydər Parkında yerləşən Heydər Əliyev Mərkəzi hazırda avaraların yığışdığı, əyləndiyi, qəlyan çəkdiyi, bununla da parka gələnləri narahat etdiyi bir məkana şevrilib. Çünki yeni Heydər Əliyev Mərkəzi tikiləndən sonra parkdakı köhnə mərkəzin binasını parka çevirən Süleyman Mikayılov bununla hansı addımı atdığının fəqrinə belə varmadı".
Sakinlərin bildirdiyinə görə, doğrudur, hazırki Heydər Əliyev Mərkəzi həqiqətən də əvvəlkindən qat-qat yaxşıdır: "Amma olmazdımı ki, köhnə binanı, məsələn, Tarix-Diyaşünaslıq muzeyinə və yaxud da bu tipli hansısa ünvana çevirəydilər. Biz Qaradağ sakinlərini narahat edən də budur ki, zamanında ulu öndərimiz Heydər Əliyevin adını daşıyan bir mərkəz - BİR ÜNVAN indi avaraların oylağına çevrilib.
Əslində, Heydər Əliyevin adını daşıyan parkda belə bir kafenin olması da uyğunsuzdur. Yəni hətta köhnə Heydər Əliyev Mərkəzinin binasını kafeyə çevirməyib, başqa kafeni açsaydılar da, bunu normal qəbul etmək olmazdı. Çünki həmin park yerli sakinlərin istirahət yeridir, hamı ana-bacısı, uşaqları ilə ora gəlir. Oranı kimsənin əyləncə yerinə çevirmək olmaz. Bizi ağrıdan isə odur ki, məhz Süleyman Mikayılovun göstərişi ilə köhnə mərkəzin binası bu gün qəlyanxana kimi fəaliyyət göstərir.
Biz sizin vasitəsilə müvafiq qurumlara və xüsusən də Prezident Administrasiyası rəhbərliyinə müraciət edərək, xahiş edirik ki, Süleyman Mikayılovun göstərişi ilə baş verən bu biabırçılıq aradan qaldırılsın".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq və bildiririk ki, qısa müddətdə deyilən ərazidən reportaj hazırlayıb, oxucuların diqqətiniə çatdıracağıq. Bizi izləməkdə davam edin...

DİA.AZ
Süleyman Mikayılovdan ulu öndərin ruhuna sayğısızlıq... - "Bizi ağrıdan isə odur ki..."
Süleyman Mikayılovdan ulu öndərin ruhuna sayğısızlıq... - "Bizi ağrıdan isə odur ki..."

Şərhlər

XƏBƏR LENTİ