SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Conflict.az-ın 3 yaşı tamam oldu

Conflict.az-ın 3 yaşı tamam oldu

Tarix:

15-05-2018, 16:25

/ 1 631 dəfə oxundu.
Conflict.az-ın 3 yaşı tamam oldu

Hacı Bakir Həsənbəyli: Üstünə getməklə, onun cəmiyyətin inkişafındakı rolunu, əhəmiyyətini inkar etməklə, mütəmadi təhdidlərlə mətbuatın dostu olmaq sadəcə mümkün deyil.
Bu gün Conflict.az onlayn ictimai – siyasi qəzetin 3 yaşı tamam olur. "BH Media Group"-a aid olan qəzet 15 may 2015-ci ildən fəaliyyətə başlayıb. Conflict.az müstəqil informasiya siyasəti həyata keçirən müstəqil media qurumudur. www.Conflict.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər operativ olaraq oxuculara çatdırılır. Bundan başqa, onlayn ictimai – siyasi qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları da dərc edilir. Onlayn ictimai – siyasi qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tamamilə obyektiv və müstəqil formada, şərhsiz xəbərlər yayır. Conflict.az-ın fəaliyyəti ilə bağlı redaksiya kollektivi ilə paralel oxucuların da iştirakı üçün şərait yaradılıb. Qəzetin internet saytında oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermələri üçün "qaynar-xətt" (050 5831102) fəaliyyət göstərir. Conflict.az ölkədə fəaliyyət göstərən bütün dövlət qurumları, siyasi partiyalarla, QHT-lərlə, hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu daim bəyan edib.
Qəzetin Təsisiçisi və Baş redaktoru Hacı Bakir Həsənbəylidir.
Qəzetin 3 yaşının tamam olduğu ərəfədə əməkdaşımızın "Conflict.az ötən 3 ildə oxucuya nə verdi?" - sualına cavab verən Hacı Bakir Həsənbəyli bildirdi ki:
- Mətbuat oxucunun informasiyaya olan ehtiyacını ödəyən vasitədir. Hesab edirəm ki, Conflict.az öz çapında bu funksiyanı yerinə yetirməyi bacarır. Kiçik kollektivlə fəaliyyət göstərsək də, çalışırıq oxucunun informasiya tələbatını gücümüzün yetdiyi qədər ödəyək. Mən 1992-ci ildən, yəni artıq 26 ildir ki, mətbuatdayam. 26 ilin son üç ili məhz Conflict.az-da keçib. Media həmdə biznesdir. Qəzetlərin, saytların ayaqda qalması üçün mütləq aidiyyatı strukturlar özəl və ya dövlət qurumlarının mətbuata reklam vermələrinə mane olmamalıdırlar. Yəni hər hansı müəssisə rəhbəri saytda reklam yerləşdirməyə qorxmamalıdır. Lakin təəssüflə qeyd edim ki, bu sahədə olduqca ciddi "yadlar və doğmalar" prinsipi hökm sürür. Son iki ildə isə bu məsələ daha ciddi mərhələyə keçib. Lakin biz inanırıq ki, hökumətin mətbuatdan sorumlu strukturları bu sahədə də ciddi və ədalətli islahatların vacibliyinə ehtiyac olduğunu hiss edəcək. Üstünə getməklə, onun cəmiyyətin inkişafındakı rolunu, əhəmiyyətini inkar etməklə, mütəmadi təhdidlərlə mətbuatın dostu olmaq sadəcə mümkün deyil. Mən Conflict.az-ın 3 yaşı münasibətilə özümüzü və sayından aslı olmayaraq daimi oxucularımızı təbrik edirəm. İnanırm ki, Conflict.az onlayn ictimai - siyasi qəzeti Allahın köməyi ilə hələ uzun illər fəaliyyət göstərəcək.

Şərhlər

XƏBƏR LENTİ