SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » POLİS AİLƏSİNDƏ QONAQ OLDUM

POLİS AİLƏSİNDƏ QONAQ OLDUM

Tarix:

15-05-2018, 15:33

/ 1 786 dəfə oxundu.
POLİS AİLƏSİNDƏ QONAQ OLDUM

Bir ailədə qonaq oldum. Ailə başçısı da övladı da polisdir. Ciddilik, bir o qədər də səmimilik gözdən qaçmır.
İstefada olan polis mayoru Vaqif Abdullayev 28 il daxili işlər orqanlarında xidmət edib. Bizə bu peşəyə gəlməyindən təqaudə çıxana gədər olan tarixçəsi haqda qısaca söhbət etdi.
Vaqif Abdullayev 1963-cü ildə Qusar rayon Gündüzqala kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Çexoslovakiya Respublikasında hərbi xidmətdə olub. 1984-cü ildə isə Dağıstan Respublikası Dərbənd Şəhər Polis Şöbəsində polis serjantı kimi xidmətə başlayıb. 1989-cu ildə təhsilini artırmaq üçün Belorus Respublikasının Minsk şəhərində Ali Milis Məktəbinə daxil olub. 1993-cü ildə ali təhsilini davam etdirmək üçün Mərdəkan qəsəbəsində yerləşən Polis Akademiyasına göndərilib və 1994-cü ildə polis leytenantı xüsusi rütbəsi ilə Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinə sahə müvəkkili təyin olunub. Göstərdiyi nümunəvi xidmət nəticəsində qısa müddətdə həm yerli sakinlərin, həm də RPŞ-nin hörmət və rəğbətini qazanıb. Daha sonra Məsul növbətçi vəzifəsində çalışan V.Abdullayev 2012-ci ildə təqaudə çıxıb. Xidməti vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfərlərlə təşəkkürnamələrlə təltif olunub və müxtəlif mükafatlara layiq görülüb.
Onun xidmət yolunu bu gün övladı, polis leytenantı Elxan davam etdirir.
2017-ci ci ildə daxili işlər orqanlarında xidmət edən Elxan Abdullayev, ata peşəsinin davamçısı olmağı özünə şərəf bildiyini, polis oğlu olmaqla gürur duyduğunu deyir. İşinin peşəkarı olmaq istəyən gənc zabitimiz, daima verilən tapşırıqları həvəslə, məsuliyyətlə yerinə yetirir.
Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı
POLİS AİLƏSİNDƏ QONAQ OLDUM
POLİS AİLƏSİNDƏ QONAQ OLDUM
POLİS AİLƏSİNDƏ QONAQ OLDUM

Şərhlər

XƏBƏR LENTİ