SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İlkin Həsəni "Aptamil Pronutra” uşaq qidasından ŞİKAYƏT ETDİ

İlkin Həsəni "Aptamil Pronutra” uşaq qidasından ŞİKAYƏT ETDİ

Tarix:

14-05-2018, 10:09

/ 3 256 dəfə oxundu.
İlkin Həsəni "Aptamil Pronutra” uşaq qidasından ŞİKAYƏT ETDİ

Tanınmış aparıcı İlkin Həsəni aldığı uşaq qidasının keyfiyyətindən şikayətlənib.

Unikal.org xəbər verir ki, aparıcı Mərkəzi aptekdən "Aptamil Pronutra” uşaq qidasını aldığını, lakin keyfiyyətsiz olduğunu qeyd edib:

" Dostlar salam. Bu yaxınlarda Hökümət Evinin arxasında yerləşən Mərkəzi aptekdən Almaniya istehsalı olan Aptamil uşaq qidası aldım. Bundan öncə də bu qidadan istifadə etdiyimiz üçün bu bağlamanı açanda xoşagəlməz qoxunu və bağlamadakı şişkinliyi hiss edib qidanı geri qaytarmaq istəsəm də alınmadı. Qutu bir neçə gün aptekdə qaldıqdan sonra, "biz firmaya göndərdik, onlar da dedi ki hər şey qaydasındadır” cavabını aldım. Eyni qidanı Alman aptekindən aldım, qoxusunda yerlə göy qədər fərq var. İndi siz mənə deyin görüm, bu qidanı hansı laboratoriyada yoxlatdıra bilərəm? İnanın ki,bəlkə də mənim özümə saxta və ya vaxtı keçmiş dərman satsaydılar belə mən heç vaxt bu haqqda yazmazdım, amma məsələ uşaqdırsa və onun qidasıdırsa o zaman başqa məsələ! Haydı dostlar!”
İlkin Həsəni "Aptamil Pronutra” uşaq qidasından ŞİKAYƏT ETDİ
İlkin Həsəni "Aptamil Pronutra” uşaq qidasından ŞİKAYƏT ETDİ

Şərhlər

XƏBƏR LENTİ