SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kərimlinin “bir qapı” siyasəti: sistem necə iflic edilir - FOTOLAR

Kərimlinin “bir qapı” siyasəti: sistem necə iflic edilir - FOTOLAR

Tarix:

12-05-2018, 10:30

/ 1 425 dəfə oxundu.
Kərimlinin “bir qapı” siyasəti: sistem necə iflic edilir - FOTOLAR

Prezidentin 2015-ci il 21 dekabr tarixli fərmanı ilə Nazirlər Kabineti yanında yaradılan Bakı Nəqliyyat Agentliyinin əsas məqsədi Bakı şəhərində nəqliyyat sistemini təkmilləşdirməkdir. Hətta bunun üçün Avropa Oyunları ərəfəsində xaricdən gətirilən yüksək keyfiyyətli və son texniki göstəricilərə cavab verən avtobuslar da yeni yaradılan BNA-nın tabeliyinə verildi.

Bütün bunların illərlə Nəqliyyat Nazirliyinin iflic vəziyyətə saldığı paytaxtın nəqliyyat sistemində köklü dəyişikliklərə və sərnişinlərin rahatlığına səbəb olacağı gözlənilirdi.

Axar.az xəbər verir ki, BNA-nın bu 3 il ərzində paytaxtın nəqliyyat sistemində yaratdığı “tıxacı” 19 il ərzində heç Nəqliyyat Nazirliyi də yaratmamışdı. Mütəmadi olaraq ictimai nəqliyyatdan, xüsusilə marşrutlardan istifadə edən sərnişinlər bilir ki, ilin bütün fəsillərində və günün bütün saatlarında BNA-nın marşrutları “tıxacda qalır”. Hətta yollarda tıxac olmasa belə, iş qrafikini BNA-nın tənzimlədiyi marşrutları dayanacaqda tapmaq mümkün olmur.

Ən maraqlısı isə bəzən bir-birinin ardınca eyni xətt üzrə hərəkət edən 4, bəzən 5 marşrut “peyda” olur. Bunun ardınca isə uzun bir fasilə yaranır və sərnişinlər yollarda qalır.

Aylardır yazılmasına baxmayaraq, Agentlik marşrutların qrafikini tənzimləyə bilmir ki, bilmir.

Hətta sərnişinlərin təlabatını ödəyən və bütün tələblərə cavab verən yüksək konfortlu “Bakı Bus” avtobusları da sözügedən Agentliyin tabeliyinə verildiyi gündən işəyaramaz vəziyyətə gətirilib. Artıq 2 aya yaxındır ki, BNA “Bakı Bus” avtobuslarını öz kefinə uyğun şəkildə idarə edir. İstədiyi zaman sərnişinlərin minməsi üçün nəzərdə tutulmuş ön qapını normal şəkildə açır, istəməyəndə isə qapının ancaq bir layını açmaqla kifayətlənir.

Sürücülər bu “yeniliyin” şirkət tərəfindən edildiyini. Səbəbini isə bilmədiklərini deyirlər. Agentlikdən verilən açıqlamada isə “bu özbaşınalığa” son qoyulacağı bildirilir. Ancaq fakt dəyişmir - 2 aydan çoxdur sürücünün əlinin altında olan düymə ön qapının ancaq bir layını açmağa yarayır.

Xüsusilə günün pik saatlarında marşruta minməyə tələsən sərnişinlərin avtobusa daxil olarkən problem yaşamasına, buna görə dəfələrlə şikayət etmələrinə və hətta mətbuatda bununla bağlı yazılar dərc edilməsinə baxmayaraq, BNA səlahiyyətliləri problemlə maraqlanmır. Agentliyə və “Bakı Bus” MMC-yə dəfələrlə edilən müraciətlərə verilən “araşdıracağıq” cavabı isə göstərir ki, vətəndaşın şikayəti bu qurumu ümumiyyətlə maraqlandırmır.

Fotolar “Bakı Bus”un 3 saylı marşrutlarında dünən və bugün çəkilib. Bununla bağlı BNA-ya etdiyimiz rəsmi müraciətə isə cavab verilməyib.
Kərimlinin “bir qapı” siyasəti: sistem necə iflic edilir - FOTOLAR
Kərimlinin “bir qapı” siyasəti: sistem necə iflic edilir - FOTOLAR
Kərimlinin “bir qapı” siyasəti: sistem necə iflic edilir - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ