XalqXəbər.Az

Dövlət Miqrasiya Xidmətinin rəisi hədəflərini açıqlayıb

yüklənir...
Dövlət Miqrasiya Xidmətinin rəisi hədəflərini açıqlayıb
8-05-2018, 17:58
yüklənir...

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı qarşımıza bir sıra tapşırıqlar və vəzifələr qoyub. İlk fəaliyyətimiz bu tapşırıqların icrasının tam olaraq yerinə yetirilməsinə yönəldilib.

Bu sözləri Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov “Lider” TV-yə verdiyi qısa müsahibəsində deyib.

O, qurumun gələcək fəaliyyəti, qarşıda duran prioritetlər və atılacaq addımlar haqqında danışıb:

“İlkin mərhələdə mövcud vəziyyətin təhlilinə başlamışıq. Daha çox hansı sahələrdə boşluqların olduğunu araşdırırıq. Atacağımız addımların “yol xəritəsi”ni hazırlamaqla məşğuluq. Artıq ümumi istiqamətləri müəyyən etmişik”.

V.Hüseynov kadr islahatları ilə bağlı ilk dəfə konkret hədəfləri açıqlayıb:

“Biz hesab edirik ki, qoyulmuş tapşırıqların, vəzifələrin icrasını hansı kadrlarla tam, yüksək səviyyədə həyata keçirmək mümkündürsə, Miqrasiya Xidmətində ancaq o kadrlara etimad göstəriləcək.

Təbii ki, burada əsas yanaşma ondan ibarətdir ki, bu kadrlar müvafiq sahədə həm yüksək biliklərə və bacarıqlara malik olsunlar, həm də dövlət qulluğunun fəlsəfəsini, mahiyyətini anlasınlar. Cənab prezidentin “dövlət qulluqçusu necə olmalıdır?” baxışısını paylaşsınlar”.

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi KİV-lə açıq şəkildə işləyəcəklərini bildirib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.