SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bərdə-Yevlax “post”unda rüşvət belə alınır - VİDEO

Bərdə-Yevlax “post”unda rüşvət belə alınır - VİDEO

Tarix:

7-05-2018, 16:45

/ 1 766 dəfə oxundu.
Bərdə-Yevlax “post”unda  rüşvət belə alınır - VİDEO

Son vaxtlar yol polisi əməkdaşlarının qanunsuz əməlləri, qol qoyduqları haqsızlıqlar və digər addımları ilə baş verənlər, geniş ictimaiyyətin diqqətini cəlb edən mövzulardandır. Baxmayaraq ki, BDYPİ-nin tabeçiliyində fəaliyyət göstərən qurumlarda çalışan əməkdaşların atdıqları addımların tənzimlənməsi yöndə, bu günə kimi bir neçə təkmil qanunlar işlənmiş və MM tərəfindən qəbul olunmuşdur. Təəssüflər olsun ki, indiyə kimi bu yöndə müvafiq addımlar atılsa da, yol polisi əməkdaşlarından bəziləri qəbul olunmuş qanunların tələbinə əməl etməmişlər və son anda atılan addımların qarşılığında çoxsaylı problemlər əmələ gəlmişdir. Bu günə kimi çoxsaylı qanunsuzluqların baş verdiyi ünvanlardan biri də, məhz BDYPİ-nin Bərdə “post”u olmuşdur. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibini, ələlxusus hüquq-mühafizə orqanı əməkdaşlarını korrupsiyaya və digər neqativ amillərə qarşı davamlı mübarizə aparmağa səfərbər etsə də, təəssüflər olsun ki, bu yöndə əmələ gələn problemlər hələ də həllini tapmayıb. Məsələn, hələ bir müddət bundan əvvəl bəzi media qurumlarında Bərdə-Yevlax “post”unda yaşananlarla bağlı silsilə tənqidi açıqlamalar dərc olunmuşdu. Həmin açıqlamalarda qeyd olunurdu ki, adı çəkilən “post”da çalışan yol polisi əməkdaşları mərkəzi magistral yollarda nizam-intizam yaratmaq əvəzinə, bəzən beton hasarların, sıx ağacların arxasında gizlənir və idarə etdikləri nəqliyyat vasitələrində qanunsuz üçayaqlı radar yerləşdirirlər. O halda sual oluna bilər ki, görəsən bu cür gizli radarlar kimə hansı məqsəd üçün lazımdır?. Elə ki, media nümayəndələri lentə aldıqları kadrları geniş ictimaiyyətin diqqətinə çatdırırlar, o halda əsl həqiqətlər hər kəsə bəlli olur. Maraqlı hal o olur ki, yol polisi əməkdaşlarının təminatlarının ödənilməsi ilə bağlı büdcədən yetərincə vəsait ayrılsa da, bu sahədə çalışan vəzifə sahibləri, hələ də belə bir qanunsuzluqlara rəvac verməkdə davam edirlər.
Bir neçə gün bundan əvvəl isə, Kürdəmir və Nəvahi “post”larına rəhbərlik edən Vüqar müəllimin nəzarətində olan mərkəzi magistral yolda baş verənlər, daha çox diqqəti cəlb edən mövzulardan birinə çevrildi. Belə ki, yaşanan olayla bağlı çəkilişləri və lazımi məlumatları redaksiyamıza təqdim edən mənbə qeyd edir ki, “07 aprel 2018-ci il tarixdə, saat təqribən 19:12 radələrində Qazax-Bakı marşrut xətti üzrə hərəkət edən, dövlət nömrə nişanı 10-TĞ-157 olan “İKARUS” markalı sərnişin avtobusunu, Kürdəmir rayonu ərazisində dövlət nömrə nişanı 99-YP-865 olan nəqliyyat vasitəsini idarə edən yol polisi əməkdaşları saxladılar. Səbəb də, sürücünün digər nəqliyyat vasitəsini ötüb keçən zaman yol hərəkəti qaydalarına düzgün riayət etməməsini qeyd etdilər. Yol polisi əməkdaşları “İKARUS” markalı sərnişin avtobusunu saxlatdıran zaman idarə etdikləri nəqliyyat vasitəsindən yerə düşmədilər və heç bir halda özlərini sürücüyə belə təqdim etmədilər. Uzun çəkçevirdən sonra sürücü ilə “dil tapa” bilməyən yol polisi əməkdaşları, çox keçmədi ki, həmin əraziyə özünü çatdıran və sürücüyə yaxın şəxs olduğunu bildirən yeməkxananın sahibi ilə “dil tapa” bildilər. Çünki, yaşananlar gözlərimiz önündə baş verdi və xeyli vaxt itgisi ilə nəticələndi. Az sonra o da məlum oldu ki, yol polisi əməkdaşları dövlət nömrə nişanı 10-TĞ-157 olan “İKARUS” markalı sərnişin avtobusunu idarə edən sürücüdən 20 manat aldıqdan və sürücüyə qarşı heç bir cəza tədbiri görmədən onu sərbəst buraxırlar”.
Xoşagəlməz hal odur ki, BDYPİ-nin rəhbərliyində aparıcı vəzifəyə sahibi olan Balakişi Əhmədov digər magistral yollarda baş verənlərlə bağlı lazımi addımlarını atmadığı halda, əldə etdiyimiz müfəssəl məlumatlara görə 07 aprel 2018-ci il tarixdə Bərdə-Yevlax “post”unda yaşananlarla bağlı ciddi addımlarını atır. Deməli, adı çəkilən vəzifə sahibi kimin “arxa-dayağı” və «gücü» varsa ona “qaşın üstə qara var demir, kimin “arxa-dayağı” yoxdursa həmin şəxsə qarşı ciddi addımlarını atır. Bu da onu söyləməyə əsas verir ki, BDYPİ-nin rəhbərliyində aparıcı vəzifəyə sahibi olan Balakişi Əhmədov, haqsızlığa rəvac verən vəzifə sahibidir.

Şərhlər

XƏBƏR LENTİ