SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əli Həsənovun adamının BÖYÜK MAXİNASİYASI - Akif Mirzəyev təsadüfən ilk hədəf olmayıb...

Əli Həsənovun adamının BÖYÜK MAXİNASİYASI - Akif Mirzəyev təsadüfən ilk hədəf olmayıb...

Tarix:

2-05-2018, 23:07

/ 2 772 dəfə oxundu.
Əli Həsənovun adamının BÖYÜK MAXİNASİYASI - Akif Mirzəyev təsadüfən ilk hədəf olmayıb...

Qaçqınların və Məburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (“Qaçqınkom”) yeni sədr Rövşən Rzayevin təyinatından sonra qurumda kadr islahatları davam edərkən daha bir ilginc məlumat ortaya çıxıb. Belə ki, Komitənin Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyevin vəzifədən çıxarılmasının səbəbləri heç də təsadüfi olmayıb.

Cebhe.info-ya daxil olan məlumata görə, bu şəxs məcburi köçkünlər üçün verilən evlərin alqı-satqısı ilə məşğul olub və bu sahədə kifayət qədər problem yaşanıb. Belə ki, Mənzil İstismar Departamentinin rəhbəri yerlərdəki Mənzil İstismar Sahəsi rəislərini toplayaraq satılan evlərin sənədləşdirilməsi üçün “xüsusi qayda” təyin edib.

Ağdam, Bərdə, Gəncə, Mingəcevir, Bakı şəhəri üçün ayrı-ayrı "daxili qaydalar" müəyyənləşdirilib. Sonradan bu məsələ ciddi etiraz doğurub. Bəzi məlumatlara görə, ilk etiraz və xəbərdarlıq Komitənin Ağdam rayonu üzrə baş məsləhətçisi Qabil İbadovdan gəlib. Həmin məlumatlara görə, Q.İbadov bir neçə dəfə Akif Mirzəyevin qəbulunda olub, onunla bu məsələlər barəsində söhbət edib və bu qanunsuzluqlara Ağdam rayonu ərazisində son qoymasını istəyib. Nəticədə mübahisə böyüyüb və Akif Mirzəyev onun barəsindəki şikayətlərin guya Qabil İbadov tərəfindən qəsdən yazılması barədə komitənin əvvəlki sədrinə məlumat verib. İş o yerə çatıb ki, hətta məsələ komitənin kollegiya iclasında da müzakirəyə çıxarılıb. Həmin müzakirədə Q.İbadov sübut edib ki, vətəndaşlar bəzən bu davranışın qurbanı olur, aylarla süründürməçiliyə məruz qalırlar. Sədrin müdaxiləsindən sonra problem yoluna qoyulub.

Məsələnin dəqiqliyini araşdırmaq üçün Cebhe.info əməkdaşı komitənin Ağdam rayonu üzrə baş məsləhətçisi Qabil İbadovla telefon əlaqəsi yaradıb, baş verən bu məsələ ilə bağlı münasibət bildirməyini xahiş edib. Əməkdaşımıza İbadovun cavabı isə cox qısa və konkret olmaqla, deyilənləri təsdiqləyib: “Əgər siz bu qədər dəqiq informasiyaya maliksinizsə, artıq sual verməyiniz nəyə gərəkdir?”

Məsələ ilə bağlı digər maraqlı məqamlar da var. Məsələn, "Qaçqınkom"un Ağdam rayon Mənzil İstismar Sahəsinin rəisi olan Rizvan Əliyev 1988-ci ildə Ağdamı tərk edib, Bakı şəhərində yaşayır və məcburi köçkün sayılmır. Bəs onda niyə bu idarəyə rəhbərlik ona həvalə edilib? Məlumat üçün deyək ki, o, əksər tenderlərdə qalib gələn “Alıbəyli”şirkətinin sahibi, Qorxmaz adlı iş adamının yaxın qohumudur. Belə olan halda bir çox qaranlıq məqamlar aydınlaşır. Bəzi məlumatlara görə, hətta Akif Mirzəyev Ağdam rayonundan gələn sənədlərə müvəqqəti qadağa qoysa da, bu şəxs öz imkanlarından istifadə edərək, müqavilələri müxtəlif üsullarla təsdiqlətməyi belə bacarıb.

Şərhlər

XƏBƏR LENTİ