SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » BDYP rəhbrəliyi deputatın oğlunu cəzalandırmaqdan ehtiyat edir

BDYP rəhbrəliyi deputatın oğlunu cəzalandırmaqdan ehtiyat edir

Tarix:

1-05-2018, 11:26

/ 1 593 dəfə oxundu.
BDYP rəhbrəliyi deputatın oğlunu cəzalandırmaqdan ehtiyat edir

Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə və Diaqnostika Mərkəzində rüşvət faktının ictimailəşməsinə baxmayaraq lazımi tədbir görülməyib. REPORTYOR.info saytı xatırladır ki, bir müddət əvvəl yerli mediada sözügedən qurumda vətəndaşlardan rüşvət alındığını əks etdirən video yayılmışdı. Həmin videoda aydın görünür ki, qurumun əməkdaşı vətəndaşdan rüşvət alır. Həmçinin bəlli olur ki, Müayinə və Diaqnostika Mərkəzində vətəndaşlarda rüşvət alınması qurumun əməkdaşlarının özfəaliyyəti deyil. Əksinə, onlar sadəcə icraçı, yaxud vasitəçidir. Videodan görünür ki, mərkəzdə rüşvət əsas iş prinsipidir, bunun üçün hətta qeydiyyat kitabçası var.
Gözlənilirdi ki, sadə vətəndaş tərəfindən çəkilən həmin video yayınlanandan sonra ciddi tədbirlər görüləcək. Mərkəzdə bu prinsipə son qoyulacaq. Lakin gözləntilər özünü doğrultmadı. Yalnız icraçı olan qurumun əməkdaşı cəzalandırıldı.
Mərkəzin rəhbərliyi isə məsuliyyətdən yayındı. Görünür, mərkəzin rəhbəri Elşad Məmmədovun deputat oğlu olması onun məsuliyyətdən kənarda saxlanılmasına səbəb olub. Məlumat üçün bildirək ki, Elşad Məmmədov Xocalının keçmiş icra başçısı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilən Elman Məmmədovun oğludur.
Elşad Məmmədovun cəzalandırılmaması belə ehtimallara səbəb olub ki, Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyi hansısa səbəbdən Elman Məmmədovla münasibətləri korlamaq istəməyib. Yaxud da sadəcə Elman Məmmədovun oğlunu cəzalandırmaq üçün yetərli gücə sahib olmayıb.

REPORTYOR.info

BDYP rəhbrəliyi deputatın oğlunu cəzalandırmaqdan ehtiyat edir
BDYP rəhbrəliyi deputatın oğlunu cəzalandırmaqdan ehtiyat edir
BDYP rəhbrəliyi deputatın oğlunu cəzalandırmaqdan ehtiyat edir
BDYP rəhbrəliyi deputatın oğlunu cəzalandırmaqdan ehtiyat edir

Şərhlər

XƏBƏR LENTİ