SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mingəçevir DYP əməkdaşı Anar sürücünü iki qat cərimələyib - birbaşa iki şapalaq

Mingəçevir DYP əməkdaşı Anar sürücünü iki qat cərimələyib - birbaşa iki şapalaq

Tarix:

30-04-2018, 20:26

/ 1 991 dəfə oxundu.
Mingəçevir DYP əməkdaşı Anar sürücünü iki qat cərimələyib - birbaşa iki şapalaq

Bu barədə XİA.az-a sürücü məlumat verib.

Ələdə etdiyimiz məlumata əsasən Bu gün Mingəçevir ŞPS-nin YPX-nin əməkdaşı polis-kapitanı Anar Mirzəyev sürücünün 70 manatını aldadaraq alıb. Belə ki, şəhəır ərazisində yol nəqliyyat hadisəsi törədən Fort TRANZİT markalı avtoimobilin sürücüsünə 40 manat məbləğində protokol tərtib olunub. Bundan ürəyi soymayan Anar sürücüdən əlavə olaraq 100 manat tələb edib. 100 manata gücü çatmayan sürücü isə 70 manat verərək Anardan canını qutara bilib.
Əməkdaşımız bu barədə araşdırma apararkə məlum olub ki, Anar Mirzəyev sürücünün 70 manat pulunu qanunsuz olaraq alıb və alınan pul onun şəxsi cibinə gedib.
Ford TRANZİTİN sürücüsü isə məsələ ilə bağlı DİN-nə və Mingəçevir Prokurorluğuna internet vasitəsi ilə şikayət etdiyini bildirib.

Məsələ ilə bağlı əlavə məlumat verəcəyik.

P.S. Qeyd edim ki, AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİndə göstərilir:

FƏSİL 29
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması
327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir.

Şərhlər

XƏBƏR LENTİ