yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Buta Airways”-də SOYĞUNÇULUQ - Boş çantaya 51 manat ödədi

“Buta Airways”-də SOYĞUNÇULUQ - Boş çantaya 51 manat ödədi
27-04-2018, 12:13 363 dəfə baxılıb

““Buta Airways”lə uçuş zamanı yanıma boş bel çantası götürmüşdüm, çünki geridönüş biletimə baqaj daxil idi. Ancaq buna icazə verməyərək, boş çanta üçün məndən 51 manat ödəniş istədilər. Dedilər ki, yalnız içinə notbuk qoysam, pulsuz keçirməyə icazə verə bilərlər. Mən də məcbur boş çantaya 51 manat ödəməli oldum”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri sərnişin Fuad Tağıyev sosial şəbəkədə yazıb. O bildirib ki, dəfələrlə aviaşirkətin reysləri ilə uçsa da, ilk dəfə bu kimi halla qarşılaşır və bunun haqsızlıq olduğunu düşünür.
Yaşanmış hadisənin nə dərəcədə şirkət qanunlarına uyğun olub olmadığını öyrənmək üçün əvvəlcə "Buta Airways" aviaşirkətinin reyslərində baqajın daşınması qaydalarına qısa bir nəzər salaq:
"Buta Airways" reyslərində baqajın və əl yükünün daşınması aviabiletin tarifi ilə tənzimlənir. Digər aşağı büdcəli aviaşirkətlərdən fərqli olaraq, burada “minimal büdcə" tarifi ilə alınan aviabiletlər qeydiyyatdan keçən baqajın və ya əl yükünün pulsuz daşınmasını nəzərdə tutmur. Üzərinizdə götürmək istədiyiniz əşyaların çəkisindən asılı olmayaraq 25 avro ödəniş tələb olunur.

Sadəcə olaraq, aşağıdakı ləvazimatların təyyarənin göyərtəsində pulsuz daşınmasına icazə verilir:

qadın əl çantası və ya kişi portfeli (üç ölçünün cəmi üzrə ölçüsü 75 santimetrədək)
portativ kompyuter (noutbuk)
gül dəstəsi
əl ağacı
çətir
kağızlar üçün qovluq
üst geyim
mobil telefon
fotoaparat
videokamera
portpleddə kostyum
Körpəni daşıma zamanı istifadə olunacaq uşaq beşiyi
hava gəmisinin salonunda və ya sərnişinin ayaq altında təhlükəsiz yerləşə biləcək dayaqlar
iki yaşa kimi uşaqlar üçün uçuş zamanı tələb olunan qida və əşyalar.

Yəni, qaydalara görə, bu məsələdə şirkət əməkdaşı notbuk təklifində haqlıdır. Ancaq burda maraqlı bir məqam ondan ibarətdir ki, sərnişin bel çantası yox, əl çantası götürsəydi, ölçüsü uyğun gəldiyi təqdirdə, çəkisindən asılı olmayaraq istədiyi əşyaları özü ilə apara bilərdi. Məsələn, qaydalar bel çantasını əl çantasının içərisində keçirməyə icazə verir.

Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “Buta Airways”in təklif etdiyi biletlər ölkəmizdən uçuşlar icra edən digər şirkətlərə nisbətən daha uyğun olsa da, ilk gündən baqaj siyasəti tənqidlərə səbəb olub.

Müqayisə üçün xarici ölkələrin aşağı büdcəli aviaşirkətlərin pulsuz baqaj siyasətinə nəzər salaq.

Türkiyə şirkəti olan “Pegasus” hava yolları ilə uçan super ekonom bilet sahiblərinin 8 kq əl yükü və bir əl çantasını pulsuz daşımaq haqqı var.

Macarıstanın ucuz hava yolu şirkəti “Wizz Air” ilə uçan ekanom biletinə sahib sərnişinlər isə pulsuz 10 kq çəkidə əl yükü və bir əl çantası daşıya bilərlər.

Azərbaycan Hava Yollarının struktur bölməsi olan “Buta Airways”in təklif etdiyi biletlərdə isə yuxarıda sadaladığımız baqaj haqqı isə sadəcə "Standart" tarifi ilə qeydiyyatdan keçən sərnişinlər üçün nəzərdə tutulub. Bu zaman baqajın 10 kq-dan artıq olmaması və üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmaması şərtilə daşınmasına icazə verilir. Bundan başqa, əl yükü də ödəniş müqabilində daşınır.

Əl yükü və baqaj üçün əlavə ödəniləcək məbləğlər isə aşağıdakı kimi nəzərdə tutulub:

Əl yükü: çəki məhdudiyyəti tətbiq olunmur, üç ölçünün cəmi üzrə 110 santimetrdən (55*35*20 sm) artıq olmayan ölçüdə - 25 Avro (30 ABŞ dolları)

Baqaj: çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə - 25 avro (30 ABŞ dolları ). Baqaja görə uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin saytında, satış kassalarında və akreditə edilmiş agentliklərdə ödəniş etdikdə bu məbləğ 20 avro (25 ABŞ dolları) təşkil edir.
“Buta Airways”-də SOYĞUNÇULUQ - Boş çantaya 51 manat ödədi
“Buta Airways”-də SOYĞUNÇULUQ - Boş çantaya 51 manat ödədi


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ