SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səlim Müslümov “qara xəbəri” yolda alıb!

Səlim Müslümov “qara xəbəri” yolda alıb!

Tarix:

26-04-2018, 10:38

/ 2 056 dəfə oxundu.
Səlim Müslümov “qara xəbəri” yolda alıb!

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov istefaya göndərildiyi barədə xəbəri doğulduğu Ağsu rayonuna gedərkən – yolda alıb. Bu barədə “AzPolitika.info”ya nazirə yaxın mənbə bildirib.

Xəbər nazir üçün son dərəcə gözlənilməz, hətta sarsıdıcı olub. “Nazirin yenidən təyin olunacağına zərrə qədər şübhəsi yox idi. Çox rahat idi. Bu səbəbdən istefaya göndərilməsi xəbəri onu sarsıtdı” – mənbə bildirib.

Mənbə həmçinin əlavə edib ki, “çox mötəbər” adamların təskinliyindən sonra S.Müslümov bir qədər sakitləşib.

Xatırladaq ki, Prezident İlham Əliyev hökumətin yenidən formalaşdırılması zamanı gözlənilmədən Səlim Müslümovu istefaya göndərib, onun yerinə 38 yaşlı bir gənci – Sahil Babayevi təyin etmişdi.

Şərhlər

XƏBƏR LENTİ