SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yeni nazir köhnə komandasını da arxasınca daşıyır - "Yanlış taktikadır"

Yeni nazir köhnə komandasını da arxasınca daşıyır - "Yanlış taktikadır"

Tarix:

26-04-2018, 09:04

/ 2 478 dəfə oxundu.
Yeni nazir köhnə komandasını da arxasınca daşıyır - "Yanlış taktikadır"

Kənd Təsərrüfatı naziri İnam Kərimov daha 4 təyinat həyata keçirib.

Məlum olur ki, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Adil Qasımov, ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə təyinat alıblar.

Qeyd edək ki, bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov təyin edilmişdi.

DİA.AZ xəbər verir ki, bununla bağlı tanınmış iqtisadçı Qadir İbrahimli rəyini açıqlayıb: "Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olunan kimi kənd təsərrüfatı mütəxəsislərini kənara qoyub, maliyyəçi həmkarlarından ibarət komanda yaratdı, nəticədə aqrar sektorda nəinki dinamik inkişaf, heç adi inkişaf elementləri də yoxdur. İndi eyni səhvi yeni kənd təsərrüfatı naziri İnam Kərimov təkrarlayır - ASAN Xidmətdəki komandasını kənd təsərrüfatı nazirliyinə transfer edir. Yanlış taktikadır. Nazirliyin elitasını yenilənmək zərurəti varsa, bu kənd təsərrüfatı mütəxəsisləri hesabına həyata keçirilməlidir. Və nəzərə alın ki, ölkədə Kənd Təsərrüfatı Akademiyası da var!"

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ