SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “ASAN xidmət”in mətbuat katibi Kənd Təsərrüfatı Nazirliyinə keçdi

“ASAN xidmət”in mətbuat katibi Kənd Təsərrüfatı Nazirliyinə keçdi

Tarix:

25-04-2018, 13:12

/ 1 674 dəfə oxundu.
“ASAN xidmət”in mətbuat katibi Kənd Təsərrüfatı Nazirliyinə keçdi

“ASAN xidmət”in rəsmisi Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinə keçib.

Məlumata görə, o, nazirlikdə İctimaiyyətlə əlaqələr və İnformasiya siyasətini həyata keçirəcək.

Anar Hüseynovun “ASAN xidmət”də fəaliyyətinə nəzər yetirsək, tezliklə Kənd Təsərrüfatı Nazirliyində də bu sahədə yeni yanaşmalarının olacağı gözlənilir.

Qeyd edək ki, Anar Hüseynov fəaliyyətinə İctimai Televiziyada xəbər aparıcısı kimi başlayıb. Bundan sonra Strateji Araşdırmalar Mərkəzində mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.

Sonra Azərbaycanda fəaliyyət göstərən “Jumeirah Bilgah Beach Hotel”də fəaliyyətini davam etdirib.

2013-cü ildə isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Şərhlər

XƏBƏR LENTİ