SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda yeni medal təsis olunur

Azərbaycanda yeni medal təsis olunur

Tarix:

24-04-2018, 13:22

/ 1 426 dəfə oxundu.
Azərbaycanda yeni medal təsis olunur

Aprelin 24-də Milli Məclisin (MM) hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Komitənin sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi, Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi, Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında Konstitusiya qanununun layihəsi barədə müzakirələr aparılıb.

Sonra “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Qısa müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə olunub.

Şərhlər

XƏBƏR LENTİ