SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Həbsi xəbəri yayılan "Quska" hansı maddələrlə ittiham olunur?

Həbsi xəbəri yayılan "Quska" hansı maddələrlə ittiham olunur?

Tarix:

23-04-2018, 09:15

/ 1 242 dəfə oxundu.
Həbsi xəbəri yayılan "Quska" hansı maddələrlə ittiham olunur?

Azərbaycandan qaçan Hüseyn Abdullayev cinayətlərinə görə cavab verəcək

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Bu barədə “Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub. Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev srağagün Türkiyədə olarkən saxlanılıb. O, dünən təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

***

Bu məlumat yayılandan sonra, özəl mənbələrdən musavat.com belə bir dəqiqləşdirilməmiş məlumat aldı ki, H. Abdullayevin saxlanaraq, Bakıya gətirilməsi əməliyyatını Azərbaycan DİN həyata keçirdib.

Arestantın saxlanma yeri və şəraiti, istintaq hərəkətləri barədə məlumat ala bilmədik.

***

Musavat.com-un digər məlumatına görə, Hüseyn Abdullayev istirahət və biznes məqsədləri üçün tez-tez Türkiyə Respublikasında olurdu. O, bu ölkədə Azərbaycandakı adamları, o cümlədən də ailə üzvləri ilə görüşür, bütün yay tətillərini Ağ dəniz sahillərində keçirdirdi.

Məlumata görə, Azərbaycan tərəfindən vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev srağagün Türkiyədə olarkən saxlanılıb.

O dünən təyyarə ilə Azərbaycana gətirilib və istintaq təhvil verilib.

Maraqlıdır ki, H.Abdullayevin “Facebook” profili hazırda bağlıdır. Bu, H.Abdullayevin həbs olunduğu ehtimalını artırır.

“AzPolitika” xatırladır ki, Azərbaycan hakimiyyəti son vaxtlar Avropadakı bəzi mühacirlərin Prezident İlham Əliyev və ətrafına qarşı apardıqları təhqir kampaniyasının H.Abdullayevlə bağlılığı olduğundan şübhələnirdi. Ara-sıra hökumətyönlü KİV-lər belə iddialar irəli sürürdülər. Bu baxımdan Azərbaycanın hüquq-mühafizə orqanlarının H.Abdullayevin Azərbaycana gətirilməsi istiqamətində səylərini daha da artırdıqları istisna olunmurdu. Belə görünür ki, bu cəhdlər nəticə verib.

Onu da qeyd edək ki, H.Abdullayev payıza planlaşdırılan prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətini açıqlamışdı. Seçkilər 6 ay əvvələ çəkildikdən sonra o, boykot qərarını açıqladı.

Xatırladaq ki, H.Abdullayev bir neçə ildirki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

Şərhlər

XƏBƏR LENTİ