SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ombudsman KİV-ə irad bildirib

Ombudsman KİV-ə irad bildirib

Tarix:

20-04-2018, 10:47

/ 1 585 dəfə oxundu.
Ombudsman KİV-ə irad bildirib

Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində kütləvi informasiya vasitələrinə irad bildirilib
Məruzədə qeyd olunub ki, kütləvi informasiya vasitələrində gənc nəslin tərbiyəsinə və formalaşmasına mənfi təsir göstərən, insanlarda bədbinlik və psixoloji sarsıntılar yaradan yazı və məlumatların, xüsusilə də kriminal xəbərlərin verilməsi tərzi, cinayət aləminin nümayəndələrinin dolayısı ilə təbliğ olunması, digər tərəfdən, ayrı-seçkiliyə yol açan, habelə əsassız və ya şayiə xarakterli, həmçinin kənar təsir və təzyiqlər nəticəsində yaranan məlumat və yazıların mətbuatda verilməsi, reketçilik və sui-istifadə halları yolverilməzdir. Fikir, söz və mətbuat azadlığının təmin edildiyi bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri etik davranış qaydalarına riayət etməklə daim peşəkarlığının yüksəldilməsinə çalışmalı, eyni zamanda vətəndaşların qanuni maraqlarına cavab verən məsələlərin işıqlandırılmasına, insan hüquqularının inkişafına və müdafiəsinə dəstək verən ədalətli yazılara üstünlük verməlidirlər.

Sənəd Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

XƏBƏR LENTİ