SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » TALEH XASMƏMMƏDOVUN AZADLIĞA BURAXLIMASI TƏLƏB EDİLDİ

TALEH XASMƏMMƏDOVUN AZADLIĞA BURAXLIMASI TƏLƏB EDİLDİ

Tarix:

20-04-2018, 10:16

/ 2 114 dəfə oxundu.
TALEH XASMƏMMƏDOVUN AZADLIĞA BURAXLIMASI TƏLƏB EDİLDİ

AZNT BU HAQDA BƏYANAT YAYIB
Dünən Azad Azərbaycan Naminə Təşkilatının (AZNT) tpolantsı kekirilib. Toplantının gündəmi ölkədə baş verən siyasi hadisələrin və ictimai-siyasi fəaliyyətlə məşğul olan insanların şərlənərək həbs olunmasına həsr olunub və bu ətrafda müzakirələr keçirilib. Müzakirələr zamanı qeyd olunub ki, dünən səhər saatlarında, ikiqat siyasi məhbus, hüquq müdafiəçisi Taleh Xasməmmədovun Göyçay polisi tərəfindən şərlənərək həbs olunması ölkə gündəmində böyük narahatlıq doğurub.
Təşkilatın İdarə Heyəti üzvlərinin birlikdə verdiyi qərara əsaslanaraq bildiririk ki, Taleh Xasməmmədov hakimiyyətin razılğı ilə, Göyçayın icra başçısının göstərişi əsasında polislər tərəfindən şərlənərək həbs olunub. Təşkilat olaraq ölkə rəhbərinə müraciət edir, Taleh bəyi həbs etdirərək zindanlara atdıran icra başçısına bəyan edirik ki, bu tip siyasi repressiyalara son qoyulsun. Taleh Xasməmmədov xalq tərəfindən dəstəklənən hüquq müdafiçəsidir. Bu həbsin sifarişlə həyata keçirildiyi və hakimiyyət tərəfindən sanksiyalaşdırıldığı hər kəsə bəllidir. Cümhuriyyətin 100 illiyi ərəfəsində və prezident seçkilərindən sonra cəmiyyətin ciddi iqtisadi və siyasi islahatlar gözləntiləri içərisində olduğu, eləcə də ölkənin içində və dışında narahatlıq yaradan, çeşidli beynəlxalq qurumların Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilmiş siyasi məhbus probleminin kökündən həllinə ümidlərin çoxaldığı bir zamanda, yenidən siyasi motvli repressiyalara start verilməsini qətiyyətlə pisləyir və Taleh Xasməmmədovun günün-günorta çağında şərlənərək qondarma maddələrlə həbs edilməsini də bu qəbildən olan məqsəsli hərəkət olduğunu qeyd etməyi özümüzə borc bilirik.
Toplantıda qərara alınıb ki, Azad Azərbaycan Naminə Təşkilatın bu haqda bəyanatı, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçilərinə və Bakıda akkreditasiya olunmuş xarici ölkələrin səfirliklərinə çatdırılacaq.
Taleh Xasməmmədova azadlıq!

Ağaşirin TARVERDİOĞLU
AZNT sədri
TALEH XASMƏMMƏDOVUN AZADLIĞA BURAXLIMASI TƏLƏB EDİLDİ
TALEH XASMƏMMƏDOVUN AZADLIĞA BURAXLIMASI TƏLƏB EDİLDİ
TALEH XASMƏMMƏDOVUN AZADLIĞA BURAXLIMASI TƏLƏB EDİLDİ

Şərhlər

XƏBƏR LENTİ