SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sürücülərə MMX ilə bağlı bəd xəbər – Bunu mütləq edin!

Sürücülərə MMX ilə bağlı bəd xəbər – Bunu mütləq edin!

Tarix:

23-02-2017, 15:25

/ 2 471 dəfə oxundu.
Sürücülərə MMX ilə bağlı bəd xəbər – Bunu mütləq edin!

Artıq rəsmi dərc olunmuş və martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsi sürücülərin törətdiyi və elektron protokolla rəsmiləşdirilən qayda pozuntuları sırasına icbari sığortanın olmamasını da əlavə edib.Məlumata görə, Məcəllənin 122.1-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsi sahibinin öz mülki məsuliyyətini icbari qaydada sığorta etdirmədiyi halda da DYP-nin Mərkəzi İnformasiya Sistemi tərəfindən avtomatik qaydada elektron protokol (MMX) tərtib ediləcək. Başqa sözlə, öz mülki məsuliyyətini sığortalamayan sürücülər bundan sonra həmin xətaya görə də MMX protokollar alacaqlar.
Bu yeniliyin həyata keçirilməsi üçün İcbari Sığortalar Bürosunda avtonəqliyyat vasitələrinin icbari sığortasına dair məlumat bazası DYP-nin Mərkəsi İnformasiya Ssitemi ilə inteqrasiya olunmalıdır. Belə inteqrasiyadan sonra sahibinin icbari sığortası olmayan avtomobil DYP-nin nəzarət kameralarının qarşısından keçdikdə avtomatik olaraq elektron protokol tərtib olunacaq və sürücüyə göndəriləcək. Sürücülər buna indidən hazırlaşmalıdırlar. Çünki sığorta şirkətləri də bu işdə ciddi marağa malikdirlər və ona görə də bu qaydada MMX-ların tətbiqi üçün xırda texniki problemlər ən qısa müddətdə həllini tapacaq. Nəzərə almaq lazımdır ki, avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti icbarı qaydada sığortalanmayıbsa və ya sığorta müqaviləsinin müddəti bitibsə, həmin avtomobil yol hərəkətində iştirak edə bilməz. İcbari sığorta olmadan nəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə edilir.

Şərhlər

XƏBƏR LENTİ