SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Parlament müxalifəti Ramiz Mehdiyevi belə TƏBRİK ETDİ

Parlament müxalifəti Ramiz Mehdiyevi belə TƏBRİK ETDİ

Tarix:

17-04-2018, 11:40

/ 1 788 dəfə oxundu.
Parlament müxalifəti Ramiz Mehdiyevi belə TƏBRİK ETDİ

Bu gün Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ramiz Mehdiyevin 80 yaşı tamam olub.

Milli Məclisin deputatları bu dəfə Modern.az saytına Ramiz Mehdiyevin 80 illik yubileyi ilə bağlı danışıblar.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, dövlət xadimi kimi Ramiz Mehdiyevin bugünkü Azərbaycan Respublikasının formalaşmasında, müəyyən dərəcədə tanınmasında xüsusi rolu var:

“Həm də Ramiz müəllim özünün çox dəyərli araşdırmaları və məqalələri ilə Azərbaycan cəmiyyətinin problemlərini, dövlət idarəçiliyi və cəmiyyət münasibətlərini çox gözəl təhlil edən elm adamıdır. Hesab edirəm ki, onun Azərbaycan dövlətinə göstərdiyi xidmət kifayət qədər yüksəkdir. Mən də Ramiz Mehdiyevi doğum günü münasibətilə təbrik edirəm. Bu yubileyin ölkə rəhbərliyi tərəfindən yüksək qarşılanmasını da alqışlayıram”.

Fazil Mustafa Ramiz Mehdiyevlə bir neçə ölkə səviyyəli tədbirlərdə görüşdüyünü bildirib.

“Onunla elmi konfranslarda bir yerdə iştirak etmişəm. Orada da maraqlı müzakirələrimiz olub. Xüsusilə də fəlsəfəyə aid elmi konfransda. Amma bütövlükdə onunla yaxından təmasım olmayıb. Ancaq dövlət səviyyəli və elmi konfranslarda görüşlərimiz olub”.

Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli Ramiz Mehdiyevi 80 illik yubileyi və “Şərəf”ordeni ilə təltif olunması münasibətilə təbrik edib:

“Mən Ramiz müəllimin fəaliyyətini Sovet dövründən izləmişəm. O zaman Ramiz müəllim Kommunist Partiyasının rəhbərliyində faydalı fəaliyyətlə məşğul olurdu. Mən onu görükəmli alim, enerjili adam kimi tanıyırdım. O, daha sonra Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərməyə başladı. Və dövləti idarə edən şəxslərdən biri oldu. Onun ilk illərdə əlehdarları və tərəftarları da vardı. O, 25 il dövlətin rəhbər postunda işləməklə sübut etdi ki, nə qədər strateji önəm daşıyan bir fiqurdur və dövlət idarəçiliyində mühüm rol oynayır. Mən onun bütün əsərlərini həmişə oxumuşam. Onun böyük fəlsəfi düşüncələri var. Həmçinin, hər zaman mərhum prezident Heydər Əliyevin və hazırki ölkə başçısı İlham Əliyevin yanında olub. Tarixdə çox az admlar var ki, dövlət başçısı ilə yanaşı, dövlətin idarə edilməsində əsas sima olsun və nailiyyətlər əldə etsin. Razim müəllim müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında böyük rolu oynayıb. Mən bir daha onu təbrik edir və fəaliyyətində uğurlar arzulayıram”.

Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı da Ramiz Mehdiyevi 80 illik yubileyi ilə bağlı ürək sözlərini bölüşüb:

“Ramiz müəllim ulu öndərin yaxın silahdaşı kimi Azərbaycanda dövlət quruculuğunda, müstəqilliyin qorunub saxlanılmasında xüsusi xidmətləri var. Eyni zamanda, ulu öndərin siyasi xəttinin davam etdirilməsi və bu xəttin dönməz xarakter daşıması istiqamətində 2003-cü ildən dövlətimizin nüfuzunu qaldıran, güclü ölkəyə çevirən İlham Əliyevin yanındadır. Ramiz Mehdiyev həm də müasir dövrümüzün ictimai fikir tarixinin, fəlsəfi baxışların formalaşmasına xidmət edən əsərlərin müəllifidir. Həm də bir alim kimi cəmiyyətimizdə ciddi nüfuz qazanıb. Mən ona bir daha cansağlığı arzulayıram. Məsuliyyətli və şərəfli xidmətində uğurlar arzu edirm”.

Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də həmkarları kimi Ramiz Mehdiyevi təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

“Mən Ramiz müəllimi təbrik edirəm və ona gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Şərhlər

XƏBƏR LENTİ