SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Favorit"də sağlamlığımız necə təhdid olunur... - FOTOLAR

"Favorit"də sağlamlığımız necə təhdid olunur... - FOTOLAR

Tarix:

14-04-2018, 11:47

/ 1 556 dəfə oxundu.
"Favorit"də sağlamlığımız necə təhdid olunur... - FOTOLAR

Moderator.az fevral ayında Bakıdakı bir sıra satış məntəqələrində, o cümlədən məhşur “Favorit” supermarketində ““üyüdülmüş, 1-ci növ Ukrayna duzu” adı altında satılan xörək duzunun tərkibində insan orqanizmi üçün təhlükəli ola biləcək çöküntülər olduğu aşkarlanması haqda yazmışdı( www.moderator.az/news/214036.html ). Həmin duzların Bakı şəhəri, A.Hacıyev küçəsi. 19/31 ünvanında yerləşən “Tural-İ-91” şirkəti tərəfindən satıldığı da göstərilmişdi. Lakin bu günədək belə duzların dükan və bazarlarda satışı davam edir...

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında sözügedən fakta belə münasibət bildirdi:

“Biz 18 ilə yaxındır ki, digər saxta, keyfiyyətsiz məhsullarla yanaşı, saxta, ziyanlı duzlarla bağlı da vuruşuruq. 20-yədək dövlət orqanına dəfələrlə iradımı yazılı şəkildə bildirmişəm, belə duzların istehsal edildiyi ünvanları göstərmişəm. Bu barədə həmin saxta “Ukrayna duzu”nu qablaşdırıb satan şirkətin yerləşdiyi Abşeron rayonunun Polis İdarəsinin də kifayət qədər məlumatı var.
Yolların kənarından yığılan, dəri aşılamaq üçün işlədilən duzlar qablaşdırılıb əhaliyə satılır. Bu haqda Qida Təhlükəsizliyi Dövlət Agentliyinə də böyük bir məktub göndərmişəm. Lakin dövlət orqanları, demək olar ki, heç bir tədbir görmür. Odur ki, bu cür saxta, ziyanlı duzlar kütləvi şəkildə satılır və insanların sağlamlığına böyük ziyan vurur...”

AİİB sədrinin sözlərinə görə, belə duzlar yalnız Bakıda deyil, Gəncədə də istehsal edilir:

“Bildiyimə görə, Gəncədə də bir şirkət belə duzlar istehsal edir. Orada da qeyri-hökumət qurumları bundan şikayət edirlər. Lakin müvafiq orqanlar heç bir tədbir görmür. Onu da nəzərinizə çatdırım ki, həmin duzlar yodsuzdur. Və ölkədə duzun yodlaşdırılması haqda qanun qəbul edilib. Həmin qanunla yodsuz duzun istehsalı, satışı, hətta heyvanlara belə, verilməsi qadağan edilir. Sadəcə, sovet dövründən bəri Ukrayna duzunun keyfiyyətli olması insanların beynində stereotipləşməsindən və cəzasızlıqdan istifadə edərək bu cür saxta, yodsuz, zərərli duzları əhaliyə sırıyırlar...”

“Bəs ölkədə gerçəkdən Ukraynadan gətirilən duzlar satılırmı?” sualını E.Hüseynov belə cavablandırdı:

“Ölkədə gerçəkdən Ukraynadan gətirilən və oxşar qablarda satılan duzlar da var. Ancaq onları saxtalarından ayırmaq çox çətindir. Bunları yalnız mütəxəssislər edə bilər...”
"Favorit"də sağlamlığımız necə təhdid olunur... - FOTOLAR
"Favorit"də sağlamlığımız necə təhdid olunur... - FOTOLAR
"Favorit"də sağlamlığımız necə təhdid olunur... - FOTOLAR
"Favorit"də sağlamlığımız necə təhdid olunur... - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ