SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezidentin “dilənçilik edirlər” mesajı: Aydın Əliyevin “əcəl zəngi” çalındı - Sensasiya!!!

Prezidentin “dilənçilik edirlər” mesajı: Aydın Əliyevin “əcəl zəngi” çalındı - Sensasiya!!!

Tarix:

12-04-2018, 09:41

/ 1 816 dəfə oxundu.
Prezidentin “dilənçilik edirlər” mesajı: Aydın Əliyevin “əcəl zəngi” çalındı - Sensasiya!!!

Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev üçün “əcəl zəngi” çalındı;
Gömrük keçid məntəqələrində rüşvətxorluq, dilənçilik barədə bu dəfə mətbuat yox, prezident özü dedi...

Prezidentin açıqlamasının iki istiqamətdə şərh etmək olar. Birincisi, seçkidən sonra gömrük orqanlarında, sərhəd məntəqələrində şəffaf sistemə keçid olacaq. Hətta DGK-nin Vergilər Nazirliyinə birləşdirilməsi gerçəkləşə bilər.

Gömrük generalları, borokerlərin vətəndaşları, iş adamlarını incitməsi halları, bürokratik əngəllər, monopoliya aradan qaldırılacaq.

Eyni zamanda A.Əliyev və onun himayədarı olan fövqəladə hallar naziri Kamaləddin Heydərov üçün çətin dönəm başlayacaq. Ehtimal olunur ki, apreldən sonra AƏ.Əluyev yola salınsın.

Prezidentdən sitat: “Bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər.

Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır.

Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin”.

O ki qaldı, təhlükəsizliklə bağlı məsələlərə, indi bizim kifayət qədər imkanımız, texniki imkanlarımız var ki, öz təhlükəsizliyimizi qoruyaq.

Ancaq bu, səbəb, bəhanə olmamalıdır ki, sərhədlərdə növbələr yaradılsın və o növbələri keçmək üçün kimdənsə nə isə qopardılsın”.

FİA.Az xəbər verir ki, prezidentin mesajı A.Əliyev başda olmaqla gömrük generallarına ünvanlanıb. Belə görünür ki, seçkidən sonra sərhəd keçid məntəqələrində ən azı Gürcüstan sistemi tətbiq olunacaq.

Gürcüstan, Türkiyə sərhədlərində heç bir növbəllər olmur, insanlar əsassız yoxlanılmır, rüşvət istənilmir.

Azərbaycan sərhədlərində nə baş verdiyini görmək üçün isə 1 saat ya Astara, ya Biləsuvar, yaxud Qusar, Qırmızı körpü sərhəd məntəqələrində olmaq, müşahidə aparmaq kifayətdir.

Sahibkarlar incidilir, bir kilo kartof, 2 ədəd toyuq keçirən vətəndaş saatlarla saxlanılır. Hətta hava limanında gömrük əməkdaşı turistdən rüşvət alarkən yaxalanmışdı.

Əgər biz turist ölkəsinə çevrilmək istəyiriksə, gömrük orqanlarında ASAN xidmət modeli tətbiq olunmalıdır, dilənçiliyə, ələbaxımlılığa, insanların incidilməsinə son qoyulmalıdır.

Artıq vaxtdır, dünya dəyişir, azərbaycanlılar Avropanı gəzirlər və ölkəyə qayıdanda “Broker Əbülfəz” və s. gömrük inhisarçılarının, A.Əliyevin adamlarının eybəcər sistemi ilə qarşılaşırlar.

Belə görünür ki, islahatlardan biri də gömrük sisteminin şəffaflaşdırılması, korrupsiyadan təmizlənməsi olacaq. Həmçinin, bu dəyişikliklər A.Əliyevin vəzifəsindən azad olunması ilə nəticələnə bilər.

General-polkovnik Aydın Əliyev 11 ildir ki, Dövlət Gömrük Komitəsinə sədrlik edir. Kamaləddin Heydərovun ayrıca “respublika” quraraq fövqəladə hallar naziri təyin olunmasından sonra DGK FHN-nin tərkibində “muxtar respublika” statusunu daşımağa başladı.

Rüşvət, monopoliya, qeyri-rəsmi rüsumlar, brokerlər, inhisarçı qruplar, sahibkarların soğan qabığı kimi soyulması, avtomobillərin qeydiyyatından tutmuş müxtəlif məhsulların keçirilməsinə qədər gömrük məntəqələrində soyğunçuluq prinsipləri öz hökmündə qalır.

Bəlkə də bəziləri K.Heydərovdan sonra A.Əliyevin gömrük sistemində islahatlar həyata keçirəcəyini gözləyirmiş.

Amma bu absurd və nonsens görünən mif qısa vaxtda “sabun köpüyü” kimi buxarlandı və iş adamları anladılar ki, fiqurların dəyişməsi heç də sistem dəyişikliyinə gətirib çıxarmır.

FİA.Az media üzərindən xatırladır ki, A.Əliyev və general müavinləri, ölkənin şimal və cənub, şimal-qərb sərhədlərində gömrük rəisləri büdcədən milyonları yayındırır.

DGK-nin fəaliyyəti ölkədə ikinci Eldar Mahmudov çetesinin olduğunu göstərməkdədir. MTN-dəki quldur şəbəkə sahibkarları bir-bir oğurlayıb milyonlarını aldıqdan sonra necə sərbəst buraxırdılarsa, dövlətin önəmli sektoru olan gömrükdə də analoji vəziyyət yaranıb.

İş adamları bürokratik əngəllərdən, rüşvət sistemindən, əsassız yerə ödənişlər etməkdən təngə gəliblər.

Prezidentin çağırışlarına baxmayaraq, A.Əliyev və komandası postneft dövründə sahibkarlara “qan uddurur”lar.

İş adamları mahmudovçu qruplaşmanın əməllərindən xilas olduqlarına sevinsələr də, gömrük orqanları onlardan əl çəkmirlər.

Belədə milyonlar büdcəyə, sahibkarlığın inkişafına yox, gömrük məmurlarının həyat şəraitinin istifadəsinə yönəlir.

Gəlin real faktlara və rəqəmlərə baxaq: 2015-ci ildə dövlət büdcəsi gömrük ödənişlərindən ən azı 1,3 milyard manat vəsait itirib.

Şərhlər

XƏBƏR LENTİ