"Azərbaycan dünyada ən təhlükəsiz dövlətlərdən biridir. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur".
Bunu “Report”un sualını cavablandıran Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.
Onun sözlərinə görə, yalnız ölkədən qıraqda Azərbaycana qarşı siyasət aparanlar var: "Bunun da ki, ölkə rəhbərliyi tərəfindən qarşı alınır. Hazırda heç bir təhlükə yoxdur. Hamı rahat şəkildə səsvermədə iştirak edə bilir".
Qeyd edək ki, hazırda ölkədə prezident seçkiləri keçirilir.