SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazim İbrahimovun söyüş projesində diaspor iflası: milyonlar yeyir, amma...

Nazim İbrahimovun söyüş projesində diaspor iflası: milyonlar yeyir, amma...

Tarix:

11-04-2018, 09:22

/ 1 548 dəfə oxundu.
Nazim İbrahimovun söyüş projesində diaspor iflası: milyonlar yeyir, amma...

Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov əl-qolunu sallayaraq “söyüş makinası”na tamaşa edir

Prezidentin milyonlar ayırdığı diaspor işinin təşkilində komitə sədrinin yarıtmaz fəaliyyəti bu gün öz nəticəsini göstərməkdədir.

FİA.Az-ın verdiyi məlumata görə, N.İbrahimov müsahibəsində söyüş kampaniyası ilə bağlı öz işinə haqq qazandırmağa cəhd edib.

Ancaq onun diaspor işinin nəticəsidir ki, Avropada əleyhimizə gedən kampaniyaya diasporlar tutarlı cavab verə bilmirlər.

Necə olur ki, bu qədər qara piar kampaniyası aparılır, amma Diasporla İş üzrə Dövlət Komitəsi öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 3-5 adama qarşı normal mübarizə apara bilmir?

Bəlkə də bu qarayaxmaya cavab vermək istəmirlər? Bütün hallarda adıçəkilən qurum və onun rəhbərliyinin səriştəsizliyi ortadadır.

Azərbaycan, dövlət başçısı, ailə üzvləri, ölkənin siyasi elitası, prezidentin komandası, bir sözlə, dövlət haqqında olduqca yaramaz, tərbiyəsiz bir kampaniya aparırlar.

Bu kampaniya əslində Azərbaycanın daxili auditoriyasına, insanları çaşdırmağa hesablanıb. Lakin N.İbrahimov Avropada bu iyrənc aksiyalara qarşı hansı gözə dəyən addım atıb?

Komitə sədrinin fikirləri əsasən ölkə başçısının gördüyü işlər, xalqın onun ətrafında birləşməsini özündə ehtiva edir. Ancaq o, məsələnin nüvəsindən kənarda dayanır.

Ortaya sual çıxır, Avropada 3-5 kəndini bilməz adam bu boyda səs-küy yarada bilirsə, o zaman siz və rəhbəri olduğunuz qurum bütün illər ərzində nə işlə məşğul olmusuz?

Dövlət büdcəsindən hər il milyonlarla vəsait ayrılır ki, ölkəmizin maraqlarını beynəlxalq aləmdə təmin edəsiz, xaricdə həm dövlət, həm cəmiyyət Azərbaycanı tanısın, öyrənsin.

Ancaq Avropadan ölkəmizə ünvanlanan qarayaxma kampaniyası və onların cavabsız qalması onu göstərir ki, N.İbrahimovla komandası heç bir iş görməyib.

Komitənin fəaliyyəti nəticəsində anti-Azərbaycan dairələri ilə münasibətlər qurulmalı idi.

Onlarla dialoq aparılmalı, istəklərinin nədən ibarət olduğu aydınlaşdırılmalı, Avropada onların təbliğatına cavab olaraq prezidentə dəstək mitinqləri təşkil edilməli, səfirliklərin qarşısında piketlər olmalıdır.

Amma N.İbrahimov və diaspor təşkilatlar pulları həzm-rabedən keçirməklə məşğuldurlar.

Azərbaycanın lehinə iş necə aparılıb ki, orada ölkəmizə qarşı qərəzli mövqedə olanlar var. Təbii ki, bu suallara cavab vermək olduqca çətindir.

Ən maraqlısı odur ki, komitə sədri özü də bilinmədən, ya məcburiyyətdən səhvini etiraf edir: “Onu deyim ki, görünür, burada bizim də müəyyən mənada səhvimiz var.

Çünki bəlkə də biz ərəb ölkələrində hazırda baş verən proseslərin məğzini ictimaiyyətə kifayət qədər düzgün çatdıra bilməmişik. “Ərəb baharı”ndan əvvəlki və sonrakı prosesləri düzgün izah edə bilməmişik.

Bütün bunları Azərbaycan ictimaiyyətinə tam açıb göstərmək lazımdır ki, görsünlər bu ölkələrdə hadisələri kimlər başlatdı, nələr oldu və bu gün nə baş verir.

Azərbaycanın daxilində və xaricində kim onlara havadarlıq edirsə, Suriyanı və Liviyanı görüb xalq qarşısında məsuliyyətlərini dərk etsinlər.

Əgər, Allah eləməsin, sabah Azərbaycanda həmən ölkələrdəki vəziyyət təkrarlanarsa, bu, heç kimdən yan keçməyəcək.

Belə bir söz var ki, inqilab birinci öz uşaqlarını yeyir. Allah bunu bizə göstərməsin, əgər bu ölkədə xaos yaranarsa, bəlkə də birinci zərbəsi elə onlara dəstək verənlərə dəyəcək”.

Göründüyü kimi, N.İbrahimov ölkənin diaspor siyasətinin iflasa uğradığını özü etiraf edir. Ölkə başçısı ona etimad göstərərək önəmli bir sahəni tapşırır, lakin o, bu etimadı doğrulda bilmir.

Ən pisi isə odur ki, müsahibənin bir hissəsində səhvini etiraf edir, bir hissəsində isə məsuliyyəti boynundan atmağa çalışır.

Bu da onu göstərir ki, artıq Nazim İbrahimov başını itirib. İllər boyu diaspor fəaliyyəti əvəzinə şəxsi maraqlarını təmin etdiyi üçün Azərbayacana qarşı layiqli münasibət formalaşmayıb.

Bu gün ölkəmizin dünyada mövqeyi, tutduğu yer və ona münasibət də Prezident İlham Əliyevin şəsxi xarakterinə və fəaliyyətinə bağlıdır. Hər halda, komitə sədri bu səriştəsizliyin adekvat cavabını alacaq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ