SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sumqayıt məhkəməsi - Zeyqəm Hüseynov adına bazar

Sumqayıt məhkəməsi - Zeyqəm Hüseynov adına bazar

Tarix:

6-04-2018, 14:22

/ 8 208 dəfə oxundu.
Sumqayıt məhkəməsi - Zeyqəm Hüseynov adına bazar

Ata və oğul Hüseynovlar vətəndaşlara divan tutur
Sumqayıt şəhər məhkəməsindən narazılıqlar artmaqdadır. Realliqinfo.org-a daxil olan məlumatda bildirilir ki, məhkəmənin sədri Zeyqəm Hüseynov və hakim İlyas Mahmudov ədalətsiz qərarları ilə diqqət mərkəzinə düşüblər. Özünü Prezidentin Xüsusi Mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun yaxın qohumu sayan məhkəmə sədri hakimləri belə hədləməkdən çəkinmir.
Xatırladaq ki, Zeyqəm Hüseynovun 70 –dən artıq yaşı olsada, onu məhkəmə sədri kimi fəaliyyətinə şərait yaradılır. Ən çox şikayətçisi olan bu hakimin proseslərdə iştirak etmədiyi və onun adından qərarları İlyas Mahmudovun verdiyi hamıya bəllidir. Lakin bu kimi təkzibedilməz faktların olmasına baxmayaraq Zeyqəm Hüseynova qarşı qanuni tədbirlər görülmür.
Sumqayıt məhkəməsində gedən proseslərdə vətəndaşlar haqsızlığa dözə bilməyib dəfələrlə özlərinə xəsarət yetiriblər. Lakin Zeyqəm Hüseynovun özbaşınalığına və qanunlara saymazyana münasibətinə qarşı addım atılmayıb.
Sumqayıt məhkəməsinin sədri rüşvətxorluğu ilə də diqqət mərkəzinə düşüb. Bütün qanunsuz tələblərini hakim İlyas Mahmudov vasitəsilə tələb edən bu adamın işə gedib –gəlməsi qəribə mənzərə yaradıb. Məhkəmə binasının ikinci mərtəbəsində olan otağına iki nəfərin yardımı ilə qalxan sədri iş saatı bitəndən sonra iki nəfər maşına otuzdurub yola salır.
Məhkəmə sədrinin Xızıda və digər rayonlarda fermaları və böyük biznesi var. Bununla yanaşı qoca sədrin villaları da hamıya məlumdur.
Sumqayıt məhkəməsi - Zeyqəm Hüseynov adına bazar
Zeyqəm Hüseynovun qanunsuz fəaliyyətindən şikayətçi olan vətəndaşlar Bəylər Əyyubovun adı ilə hədələnir. Məhkəmə sədri vətəndaşlara: “Mənim arxamda Bəylər Əyyubov dayanıb. Hara şikayət edirsiniz edin” – deyir. Əməkdaşımız məhkəmə binasında apardığı müşahidələrlə və vətəndaşlarla söhbət zamanı utancverici mənzərəni aşkara çıxarıb. İlyas Mahmudovun məhkəmə binasında açıq bazar açdığı və insanlarla qeyri etik rəftarı narahatçılıq yaratmaya bilməz.
Digər maraqlı fakt isə Zeyqəm Hüseynovun oğlu Ruslan Hüseynovun Sumqayıtda 4 –cü polis bölməsində rəis vəzifəsində çalışmasıdır. Ruslan Hüseynovun özbaşınalığından, sadə vətəndaşlara işgəncə verməsindən şikayətlər olunsa da faktlar araşdırılmır. Realliqinfo.org olaraq növbəti yazıda Zeyqəm Hüseynovun qanunsuz əməllərini özündə əks etdirən faktları, sahibi olduğu “çin villalarından” və Ruslan Hüseynovun işgəncələrindən bəhs edəcəyik.

Realliqinfo.org

Şərhlər

XƏBƏR LENTİ