SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səttar Mehbalıyevin “putyovka” biznesində deputat şərikləri kimdir?

Səttar Mehbalıyevin “putyovka” biznesində deputat şərikləri kimdir?

Tarix:

5-04-2018, 10:09

/ 6 105 dəfə oxundu.
Səttar Mehbalıyevin “putyovka” biznesində deputat şərikləri kimdir?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev “putyovka” biznesini əsasən iki deputatın istirahət mərkəzi üzərində fokuslaşdırıb
AHİK tərəfindən göndəriş vərəqələri daha çox Lənkərandakı “Palıdlı sahil” və Lerikdəki “Relax” istirahət guşələrinə yönəldilir.
Bu obyektlər isə heç də müstəqil sahibkarlar tərəfindən idarə olunmur. Sirr deyil ki, “Palıdlı sahil” deputat Hadı Rəcəbli, “Relax” isə onun həmkarı İqbal Məmmədova aiddir.
Ancaq maraqlıdır ki, ölkənin müxtəlif bölgələrində istirahət mərkəzləri, otellər, sanatoriyalar olsa da, S.Mehbalıyev parlamentdəki həmkarlarının obyektlərinə üstünlük verir.
Çünki onlarla şərik “putyovka” biznesi qurub deyə bu sektorda ciddi inhisarçılıq yaratdığı iddia olunur.
H.Rəcəbli və İ.Məmmədovun istirahət mərkəzlərinə göndəriş vərəqələri ilə gedənlər isə narazılıq edirlər. Buna səbəb “Relax” və “Palıdlı sahil”də xidmət səviyyəsinin aşağı olması, keyfiyyətsiz qida və görüntü xətrinə olan menyudur.
Məsələn, Quba, Şəki, Oğuz, İsmayıllı, Qəbələ və s. zonalarda istirahət mərkəzləri var. Onlar normal fəaliyyət göstərsələr də, AHİK-in diqqətindən və monopoliyasından kənarda saxlanıblar. Odur ki, hər iki millət vəkilinin obyektləri “qaz vurub, qazan doldurur”.
Bundan başqa, bu gün “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalara putyovka tapmaq dəryada balıq axtarmaqa bənzəyir.
“Kurort” SC-də putyovkaların qeybə çəkilməsində AHİK sədri Səttar Mehbalıyevi ittiham edirlər.
“Abşeron”, “Qaranquş”, «Naftalan” sanatoriyalarında istirahət edənlər insanlar arasında apardıqları sorğular nəticəsində məlum olub ki, sanatoriya yollayışları bir qayda olaraq imkanlı adamların valideynlərinə, ailə üzvlərinə və onların özlərinə daha çox satılır. Bu isə “Həmkarlar ittifaqları haqqında” qanunun və AHİK-in nizamnaməsinin kobud şəkildə pozulması deməkdir.
Ümumiyyətlə, həmkarlar şəbəkəsində daha çox korrupsiyalaşmış mexanizm putyovkalarla bağlıdır.
Çünki il ərzində toplanan külli miqdarda vəsaitin böyük bir hissəsi məhz bu vasitə ilə silinir. Həmkarları İttifaqının nəzdində fəaliyyət göstərən “Kurort” SC birbaşa AHİK-nin rəhbərinin nəzarəti altındadır.
Ona görə də cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan sanatoriyalar şəxsi biznes obyekti kimi idarə olunur.
FİA.Az media üzərindən xəbər verir ki, AHİK-dəki qanunsuzluqlar bununla yekunlaşmır. 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” qanunda göstərilir ki, həmkarlar müstəqil qurumlardır.
Dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyillər, onlara hesabat vermirlər, öz rəhbər orqanlarını seçir və geri çağırır, plenumlar, qurultaylar keçirirlər.
Amma müəssisələrdəki həmkarlar ittifaqı formal xarakter daşıyır. Bu qurmların heç bir real səlahiyyətləri yoxdur, müsəsisə rəhbərliyinin onlara ayırdığı dekorasiya rolunu həvəslə oynayırlar.
Əksinə, onlar müəssisə rəhbərlərinə işçilərin işdən çıxarılmasına kömək edirlər. Əmək münasibətlərilə bağlı yaranan mübahisələrdə həmkarlar təşkilatlarının həmişə çox soyuqqanlı davrandığının şahidi oluruq.
Seçmə yolla götürülmüş Bakı şəhərində yerləşən təhsil müəssisələrinin və tibb ocaqlarının heç birində həmkarlar təşkilatlarının yığıncaqları bir qayda olaraq keçirilmir.
Bölgələrdə isə həmkarların hər hansı fəaliyyətindən danışmağa dəyməz. Təşkilatlardan əməkhaqqı cədvəli üzrə tutulan milyonlarla üzvlük haqqları mərkəzləşdirilmiş qaydada yuxarı ötürülür.
Sadalananlar da göstərir ki, Azərbaycanda həmkarlar ittifaqlarının ancaq kağız üzərində mövcud olması bəlli bir faktdır. Sovet dövründə populiyar olan “profsoyuz” anlayışı artıq unudulmaq üzrədir.
Müstəqil həmkarlar ittifaqı yaranmamasında hökumətlə işəgötürənlərin maraqları tam üst-üstə düşdüyündən bu qəbildən olan ideyalar beşiyindəcə boğulur.
Sovet dövründən miras qalmış həmkarlar ittifaqları isə klassik funksiyalarını icra etmək iqtidarında deyil.
Bu qurumlar həmkarların əvəzinə əks-cəbhəninin - hökumətin və işəgötürənlərin maraqlarını müdafiə edir.
AHİK sədrinin deputat olmasına baxmayaraq, bir dəfə də olsa Milli Məclisdə həmkarlar ittifaqlarının problemini qaldırmayıb.
Konfederasiyanın sədri ancaq ara-sıra həmkarlarla bağlı problemlərə münasibət bildirməklə kifayətlənir. Vəssalam. Bununla da işini bitmiş hesab edir.
Ancaq daxil olan məlumatlar başında Azərbaycanın ali qanunverici orqanının üzvünün dayandığı AHİK-də böyük maliyyə maxinasiyalarının həyata keçirildiyini göstərir.
AHİK sədri Səttar Mehbalıyev həmkarlar təşkilatı adı altında özünün maddi maraqlarına xidmət göstərən çox böyük bir sistem yaradıb.
Azərbaycanda həmkarlar ittifaqının korrupsiya mexanizmi vətəndaşın işə götürüldüyü andan başlayır.
Təzə işçi həmkarlar ittifaqına üzv etdirilmək üçün ərizə yazır, vəsiqə alır. Üstəlik maaşından həmkarlara pul tutulması üçün də ayrıca ərizə yazılmalıdır.
Ancaq indi əksər idarələrdə bu prosedur avtomatik edilir. Yəni işçinin adı mühasibat kağızına düşən kimi onun maaşından həmkarlara pul tutulur.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ