SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kərəm Həsənovla Əziz Əzizov Yasamalı çapıb talamağa başladı - MTN izi...

Kərəm Həsənovla Əziz Əzizov Yasamalı çapıb talamağa başladı - MTN izi...

Tarix:

2-04-2018, 09:40

/ 1 163 dəfə oxundu.
Kərəm Həsənovla Əziz Əzizov Yasamalı çapıb talamağa başladı - MTN izi...

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənov Cəlilabadı “işğal” etdikdən sonra Yasamalı da yağmalamağa başlayıb

Media üzərindən verdiyimiz məlumatda bildirilir ki, K.Həsənov Cəlilabada öz kadrı Namiq Zeynalovu icra başçısı təyin etdikdən sonra, Əziz Əzizovu da Yasamal rayonunda möhkəmləndirib.

İki rayonu əlində saxlayan, Daşkəsəndəki filiz kombinatını da əlindən buraxmayan komitə sədri təzədən özünü reabilitasiya etməyə çalışır.

Bir müddət əvvəl MTN işinə görə “quyruğu qapı arasında” qalan K.Həsənov yuxarıları inandırmağı bacarıb ki, o, sədaqətli məmurdur.

Hərçənd ki, ölkənin siyasi rəhbərliyi hələ də əmlak komitəsinin sədrinə axıra qədər etibar eləmir. Çünki məşhur misalda deyildiyi kimi, bir dəfə xəyanət edən, hər zaman edəcək.

K.Həsənov isə MTN bandasının rəhbərliyi ilə əlbir olaraq müxtəlif qanunsuz işlərdə iştirak eləmişdi. Ancaq reyestr xidməti rəisinin həbsi komitə sədrini xilas elədi.

Bununla belə, indi “Yasamal qələbəsi”ni toy-bayram edən K.Həsənov Ə.Əzizovun əli ilə Bakının strateji rayonunu çapıb talamağa başlayıb.

Cəlilabadın altını üstünə çevirən Ə.Əzizov indi Yeni Yasamalı yerlə-yeksan etməkdədir.

Hələ ki dövlət büdcəsindən Yasamal rayonuna vəsait ayrılmayıb və fondda qalan maliyyə çırpışdırılır.

Seçkidən sonranı gözləyən Ə.Əzizov Yasamalda tikinti-quruculuq adı ilə milyonları mənimsəmək üçün əlini əlinə sürtür.

Mediada yayılmış xəbərlərə istinadən yazırıq ki, Əziz Əzizov icra hakimiyyəti aparatında bir sıra kadr dəyişiklikləri etməkdədir. Bu təyinatların arxasında Kərəm Həsənovun ciddi planlarının olduğu söylənir.

Yasamalda aparıcı vəzifələrə təyin olunmuş şəxslərin əksəriyyəti Əmlak Komitəsinin sədri Kərəm Həsənovun kadrları olduğu söylənilir.

Yəni bu kadrları birbaşa Kərəm Həsənov iərəfindən seçilir və təyinat qəaraını da, o, verir. Əziz Əzizova isə sadəcə hamisinin seçimini imzası ilə təsdiqləmək qalır.

Şəhərdə söküləcək binaların əksəriyyəti Yasamal rayonun ərazisindədir,onda Kərəm Həsənovun planları barədə ehtimallar irəli sürmək heç də çətin deyil.

Kərəm Həsənova bağlı tikinti şirkətləri daha əvvəldə Yasamal rayon ərazisində yeni binalar tikməklə məşğul idilər.

Lakin Həsənovun birbaşa öz kadrının bu rayona başçı gətirilməsi cənab komitə sədrinə bağlı tikinti şirkətlərinin əl-ayağını açır, onlara daha sərbəst hərəkət etmək imkanı verir.

Belə ki, artıq həmin şirkətlər mənzillərini tərk etmək istəməyən sakinlərin üstünə daha ürəkli gedirlər və bu zaman icra hakimiyyətinin mövqeyi artıq həmin şirkətlər üçün önəmli deyil. Önəmli olan bu şirkətlərin Kərəm Həsənova birbaşa bağlı olmalarıdır.

Bundan əlavə, indi həm Əzizov, həm Həsənov üzərində ciddi məsuliyyət var. Onlar sübut etməlidirlər ki, prezident yanlış seçim etməyib. Əks təqdirdə bu vəzifədə çox olmayacaqlar.

Çünki Ə.Əzizov Cəlilabadda böyük yeyintilərə yol vermişdi. Cəlilabadda bitən Ə.Əzizov erası sakinlərin ürəyincə olub.

Çünki iş adamlarından tutmuş sıravi sakinlərə, fermerlərdən ticarətçilərə qədər hamı bir nəfər kimi onun əməllərindən cana doymuşdu.

Onun rəhbərliyi dövrdə Cəlilabadda heç bir abadlıq-quruculuq işləri həyata keçirilməyib.

Rayonun mərkəzində bir-iki gözoxşayan inzibati binaların fasadları təmir edilərək prezident səfərlərində ona göstərilib.

Ə.Əzizov icra başçısı vəzifəsinə təyinat almamışdan öncə biznes fəaliyəti ilə məşğul olub. Bu işini məmur vəzifəsində olduğu dövrdə inkişaf etdirib.

O, Bakıda tikinti biznesi ilə məşğul olur. Odur ki, Yasamala icra başçısı təyinatı ikiqat onun üçün düşərli olub. Çünki Yasamal kimi strateji rayonda tikinti biznesini genişləndirəcək.

Əzizov tikinti sektoruna sərmayəni bibisi oğlu Pərvin Əliyevin əli ilə yatırıb. Pərvin Əliyevlə Əziz Əzizovun xeyli şərikli daşınmaz əmlakları var.

Bunların içərisində ən qiymətli olanı isə Xırdalanda “AAAF Park”ın girişində fəaliyyət göstərən “Makromart” univermağıdır.

Bu siyahıda xüsusi seçilən biznes məkanlarından biri də «Baku Mall»dır. İddia edilir ki, bir neçə milyon dollara başa gəlmiş həmin ticarət obyektinin aylıq gəliri də kiçik rəqəmlərlə ifadə olunmur.

Ancaq sözügedən ticarət mərkəzi Ə.Əzizovla K.Həsənovun şərikli məkanıdır. İcra başçısı rayondakı bütün çörək sexlərinin fəaliyyətini iflic hala salıb.

O, özünə şəxsi çörək zavodu açaraq bütün sexlərdəki çörək istehsalını qadağan edib. Rayondakı bütün çörək istehsalı və satışı başçının monopoliyasındadır.

Hətta rayondakı təndirxanaları dağıtdırıb. Təndirxana demir, özəl sex demir, hamısını bağlatdırıb.

Rayonda bir dənə də olsun təndir görə bilməzsiniz. Hamısı başçının göstərişi ilə sökülüb. Az qalır ki, evdə bişən çörəklərə də müdaxilə etsin.

Bununla belə, K.Həsənov Ə.Əzizovun Yasamala icra başçısı getməsinə müvəffəq olub. O, siyasi rəhbərliyi inandırıb ki, Bakının bu əhəmiyyətli rayonuna rəhbərlik edəcək şəxsin boynu “qıldan incədir” və iqtidara sədaqətlə xidmət göstərəcək.

İddialara görə, Ə.Əzizov böyük ziyafət məclisi təşkil edib və K.Həsənovun bu təyinatda xüsusi rolundan danışıb. O, komitə sədrinin onların ağsaqqalı olduğunu dilə gətirməklə təşəkkürünü çatdırıb.

Cəlilabaddan gələn son xəbərlərdə isə deyilir ki, Ə.Əzizov rayondakı obyektlərini təhvil verməyib. Əksinə, K.Həsənovun patronluğu altında həm Yasamala, həm Cəlilabada nəzarət olunacaq.

Ən maraqlısı budur ki, Ə.Əzizov K.Həsənovla bərabər onun qudası olan Gəncənin meri Elmar Vəliyevə də güvənir.

Görünür ki, siyasi hakimiyyətin ən yüksək eşelonuna çıxış imkanları olan sözügedən məmurların təqdimatı əsasında Ə.Əzizov Yasamala icra başçısı təyin olunub.

Yeri gəlmişkən, Bakı Apellyasiya Məhkəməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun sifarişi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi ilə mənzilinə tapança qoyulub həbs olunmuş Mətləb Mustafayevə bəraət hökmü verdikdən sonra çoxları Kərəm Həsənovun karyerasına ciddi zərbə vurulduğunu güman edirdi.

Çünki Bakı Apellyasiya Məhkəməsində və Bakı Hərbi Məhkəməsində keçirilən uzun müddətli, çoxsaylı iclaslardan sonra Mətləb Mustafayevin şərləndiyi tam təsdiqini tapdı.

Həmin ərəfədə əslən Cəbrayıl rayonundan olan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qohumları vasitəsi ilə Mətləb Mustafayevə ismarıc göndərib adının hallandırılmaması müqabilində ona mənzil, külli miqdarda pul təklif etdiyi söhbətləri də yayılmışdı.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ