SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı – Fotolar

“Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı – Fotolar

Tarix:

27-03-2018, 09:02

/ 2 548 dəfə oxundu.
“Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı – Fotolar

Ucar sakininin mağazadan aldığı şokoladın içindən dəmir parçası çıxıb. Bu barədə AzEuroNews.com-a məlumat verən rayon sakini Kamil Əhmədovun sözlərinə görə, məsələ ilə bağlı artıq iqtisadiyyat naziri Şahin Mustafayevə məktub göndərib.
Ucar sakininin sözlərinə görə, mağazadan aldığı şokolad Bakıda Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC tərəfindən istehsal olunur: “23 mart 2018-ci il tarixində çay içən zaman şokoladın içindən dəmir qırıntısı çıxdı. Bu şokoladı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC istehsal edir. “Floriya Rossi” adlı şokolad və kağızını subut kimi saxlamışam. Həmçinin bu faktı görən və təsdiq edən şahidlər də var. Əgər diqqətli olmasaydım dəmir parçası mənə zərər verə bilərdi.
Buna görə də şikayət ərizəmdə göstərdiyim faktlar yerində mənim iştirakımla araşdırılıb, qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Konfirom” MMC-nin rəhbərliyi barədə qanuna müvafiq tədbirlər görülməlidir. “Darenka”, “Bəhri” və “Floriya Rosii” adlı zay, xarab, təhlükəli yeyinti məhksullarını yalançı reklamlarla vətəndaşlara sırayan “Konfirom” MMC-nin məhsullarını Azərbaycan bazarından çıxarılmalı və insanların həyatına təhlükə yaradan rəhbərliyi barədə ciddi tədbirlər görülməlidir”.
Məsələ ilə bağlı “Konfirom” MMC ilə əlaqə saxlamaq cəhdlərimiz heç cürə alınmadı.
Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.
 “Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı – Fotolar
 “Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı – Fotolar
 “Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı – Fotolar
 “Konfirom” MMC -nin istehsal etdiyi şokoladın içindən dəmir çıxdı – Fotolar

Şərhlər

XƏBƏR LENTİ