SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Az-Granata”dan növbəti qıcıqlandıran addım - FOTO

“Az-Granata”dan növbəti qıcıqlandıran addım - FOTO

Tarix:

27-03-2018, 08:44

/ 1 376 dəfə oxundu.
“Az-Granata”dan növbəti qıcıqlandıran addım - FOTO

“Az-Granata” Azərbaycan Respublikasının Dövlət gerbindən öz mənfəəti üçün istifadə edib. Lakin bu addımla qanunvericiliyin tələblərini pozub.

Dövlət rəmzinin təsviri “Atribut” adlı araq şüşəsi üzərinə vurulub.

İnsanlar istehsalçının bu addımını narazılıqla qarşılayıb. Dövlət rəmzinin arağın loqosu kimi istifadə edilməsinin düzgün olmadığı bildirilib.

Minval.info gerbin hansı hallarda istifadə olunması ilə bağlı vəkil Vamiq Şükürovun fikirlərini öyrənib.

Vəkil söyləyib ki, qanunvericiliyə görə Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfindən verilə bilər: “Azərbaycan Respublikası Dövlətinin və bütün dövlət orqanlarının möhürlərində, qanunların, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında, Mərkəzi Bankın buraxdığı kağız və metal pul nişanlarında, republikanın qiymətli kağızlarında, dövlət istiqraz vərəqələrində, şəxsiyyət vəsiqəsi və pasportda, parlamentin rəsmi nəşrlərində, qanunvericiliyin müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında, Ombudsman aparatının möhür və blanklarında istifadə edilə bilər”.

Vamiq Şükürövun sözlərinə görə, bundan əlavə, gerbimizin təsviri adıçəkilən əsasnamədəki təsvirə uyğun olaraq dəqiq şəkildə verilməlidir: “Qanununun tələblərini nəzərə aldıqda göstərilən içki məhsulunun üzərində gerbin təsvirinin vurulması qanunsuzdur”.

Qeyd edək ki, sözügedən araq “Az-Granata” MMC tərəfindən istehsal edilir.

Adıçəkilən şirkət bundan əvvəl məscidin önündə şərab mağazası açmaqla inanclıların kəskin qınağına tuş gəlib. Həmçinin ibadət evinin qarşısında dequstasiya ziyafəti təşkil edərək müzakirə mövzusuna çevrilmişdi.
“Az-Granata”dan növbəti qıcıqlandıran addım - FOTO
“Az-Granata”dan növbəti qıcıqlandıran addım - FOTO
“Az-Granata”dan növbəti qıcıqlandıran addım - FOTO

Şərhlər

XƏBƏR LENTİ