SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qazaxa yeni polis rəisi təyin edildi

Qazaxa yeni polis rəisi təyin edildi

Tarix:

21-02-2017, 15:30

/ 7 078 dəfə oxundu.
Qazaxa yeni polis rəisi təyin edildi

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Nizami Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Ədalət Əliyev vəzifəsindən çıxarılıb

Nazirin digər bir əmri ilə Ə. Əliyev Qazax Rayon Polis Şöbəsinə rəis təyin olunub.

Nazirliyin mətbuat xidməti faktı təsdiq edib.

Qeyd edək ki, polis polkovnik-leytenantı Ədalət Əliyev Bakının bir çox rayonlarında müxtəlif vəzifələrdə çalışıb. Nizami Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsindən əvvəl isə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi olub.

Şərhlər

XƏBƏR LENTİ