SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Ziya Məmmədovun oğlu xaricdəki anti-milli qüvvələri maliyyələşdirir” - Partiya sədrindən ŞOK AÇIQLAMA

“Ziya Məmmədovun oğlu xaricdəki anti-milli qüvvələri maliyyələşdirir” - Partiya sədrindən ŞOK AÇIQLAMA

Tarix:

15-03-2018, 10:04

/ 1 450 dəfə oxundu.
“Ziya Məmmədovun oğlu xaricdəki anti-milli qüvvələri maliyyələşdirir” - Partiya sədrindən ŞOK AÇIQLAMA

"Azərbaycanda aparel ayının 11-də keçiriləcək prezident seçkiləri öncəsi Avropa və ABŞ-da yaşayan və özlərini "siyasi mühacir" sayan həmyerlilərimizi eks nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov maliyyələşdirir”.

Bu fikirləri unikal.org-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O, hesab edib ki, vaxtı ilə hakimiyyətdə təmsil olunan şəxslər və onların övladları bu gün Almaniya və digər Avropa ölkələrində Azərbaycan hakimiyyəti əlehinə kampaniya aparan insanlara maddi dəstək göstərir:

"Bu insanları ölkə rəhbərliyi və onun ailəsinə qarşı nəlayiq ifadələr səsləndirməsinə məcbur edənlər vaxtı ilə hakimiyyətdə təmsil olunan oliqarxlardır. Onları maliyyələşdirən şəxslərdən ən birincisi elə Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. O, Avropada şəkil yapışdıranlara külli miqdarda pul paylayır”.

Hafiz Hacıyevin fikrincə, xaricdə Azərbaycan əlehinə təbliğat aparan qüvvələrin ən çox tənqid etdiyi adamlardan biri də özüdür: "Həmin qüvvələr niyə ölkə başçısı və məndən başqa namizədlər haqqında söz demirlər? Burada bəzi qüvvələrin maraqları açıq-aydın hiss olunur! Həmin insanlar Azərbaycan əlehinə xidmət aparan eks məmurların və yaxud xarici qüvvələrin sözünü deyir. Avropada oturub, demokratiyadan danışan insan hansı ağılla başqalarını təhqir edir? Hesab edirəm ki, onlar öncə özlərinə bu sualı verməlidirlər”.

Şərhlər

XƏBƏR LENTİ