yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Müavini dövlət xadimidirsə, bəs özü kimdir, KRAL?

Müavini dövlət xadimidirsə, bəs özü kimdir, KRAL?
14-03-2018, 10:04 401 dəfə baxılıb

Azərbaycan müstəqillik əldə etdikdən sonra bəzi məmurlar titul axtarışına başladılar. Doxsanıncı illərin ortalarından 2000-ci illərin əvvəllərinə qədər həcc ziyarətinə axın edərək adlarının önünə “hacı” titulu yazdıran bu tip məmurların sonradan “iştahları” daha da böyüdü. 2000-ci illərdən başlayaraq Azərbaycanda məmurların böyük əksəriyyəti artıq adlarını dini yox, elmi titullarla “bəzəməyə” başladılar. AMEA-nın rəsmi statistikasına baxdıqda da xronoloji elmi “inkişaf”ın illər üzrə necə artdığını görmək olur.
Ölkədə bəzi məmurlar var ki, elmi titullarla da razılaşmayaraq, daşıdıqları vəzifənin miqyasına baxmadan özlərini dövlət xadimi sanırlar.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva da “dövlət xadimi” statusuna malik olan məmurlardandır. Belə ki, Nəsimi rayon İcra hakimiyyəti başçısının birinci müavini olan xanımın vikipediya məlumatında “dövlət xadimi, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, I dərəcəli dövlət qulluqçusu” sözləri qeyd olunub.
Vikipediya ciddi mənbə sayılmasa da, çox güman ki, Gülarə Verdiyeva qeyd olunan “statusundan” xəbərdardır. O zaman məntiqi sual meydana çıxır: Əgər 4 il icra başçısının müavini vəzifəsində çalışan Gülarə Verdiyeva dövlət xadimi sayılırsa, bəs o zaman 17 illik nazir müavini və müxtəlif rayonların icra hakimiyyətinin başçısı vəzifələrində çalışmış birbaşa rəhbəri Asif Əsgərov hansı siyasi kateqoriyaya aiddir?
Xatırladaq ki, 2010-cu ildə deputatlığa namizədliyini irəli sürən Gülarə Verdiyeva İctimai televiziyanın canlı efirində “Heydər Əliyev Fondunun Prezidenti” sözünü doğru-düzgün tələffüz edə bilməməsi media xeyli müddət müzakirə mövzusuna çevrildi.
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən münasibət öyrənmək məqsədi ilə gün ərzində etdiyimiz zənglərə cavab verilmədi.

Qlobal.Az

Müavini dövlət xadimidirsə, bəs özü kimdir, KRAL?
Müavini dövlət xadimidirsə, bəs özü kimdir, KRAL?
Müavini dövlət xadimidirsə, bəs özü kimdir, KRAL?
Müavini dövlət xadimidirsə, bəs özü kimdir, KRAL?


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ