SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mədət Quliyevdən Musiqili Teatra təbrik məktubu

Mədət Quliyevdən Musiqili Teatra təbrik məktubu

Tarix:

13-03-2018, 13:39

/ 1 186 dəfə oxundu.
Mədət Quliyevdən Musiqili Teatra təbrik məktubu

Azərbaycanda Peşəkar Milli Teatrın yaradılmasının 145 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayevə təbrik məktubu ünvanlayıb.
Xoş və səmimi sözlərin yazıldığı məktubda Mədət Quliyev Teatrın rəhbərliyi başda olmaqla, bütün yaradıcı heyəti bu əlamətdar gün münasibəti ilə təbrik edir, uzun və şərəfli tarixi inkişaf yolu keçmiş bir sənət ocağının uğurlarına sevindiyini bildirir. Son illərdə Teatrın həyatında yeni yaradıcılıq mərhələsinin başladığını, ilk növbədə onun maddi-texniki bazasının müasir dünya standartlarına uyğun qurulmasını, böyük yaradıcılıq axtarışlarının bəhrəsi olan yeni, maraqlı tamaşaların hazırlanmasını, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsi üçün xeyli iş görüldüyünü vurğulayıb.

Milli Qəhrəman təbrik məktubunda daha sonra qeyd edir: “Hörmətli Əliqismət müəllim!

Sizi bir daha Azərbaycanda Milli Teatrın yaradılmasının 145 illiyi, həmçinin xoş əhvali-ruhiyyə, xeyirxahlıq və ruzi-bərəkət gətirən Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, kollektivin hər bir üzvünə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, bol sevinc və yeni yaradıcılıq uğurları diləyirəm!”
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev təbrik məktubunda əminliklə vurğulayıb ki, Əliqismət Lalayevin rəhbərlik etdiyi Musiqili Teatr təqdim etdiyi tamaşalarla bundan sonra da, hələ neçə onilliklər boyu xalqımızın bədii zövqünün formalaşmasına xidmət edəcək.

Şərhlər

XƏBƏR LENTİ