yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Koalisiya sədrindən Ramiz Yediyarova sərt ittihamlar - VİDEO

Koalisiya sədrindən Ramiz Yediyarova sərt ittihamlar - VİDEO
12-03-2018, 11:29 213 dəfə baxılıb

“İctimai Nəzarət Koalisiyası”nın(İNK) sədri Rasim Məmmədov Gədəbəy İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun rayonda sahibkarlara qarşı hərəkətlərini sərt şəkildə tənqid edib. AzEuroNews.com-un məlumatına görə, koalisiya sədri bildirib ki, Ramiz Yediyarovun yerli sahibkarlara qarşı atdığı addımlar ölkə prezidentinin sahibkarlığa qarşı çağırışlarına ziddir, bir çox hallarda böyük qanunsuzluqlarla müşahidə edilir. Rasim Məmmədov rəhbəri olduğu Koalisiyanın bir qrup üzvü ilə rayondakı durumu yerində araşdırmaq üçün Gədəbəyə yollanıb. Onun sözlərinə görə, Gədəbəy İcra Hakimiyyətinin rəsmiləri Koalisiya üzvlərinə qarşı özlərini məmur etikasına sığmayan tərzdə aparıblar.
Rasim Məmmədov icra başçısı Ramiz Yediyarovun rayonu əşirət qanunları ilə idarə etməkdə suçlayıb. Bildirib ki, başçı rayonda sahibkarlara qarşı qanunsuzluqlar etməklə iş yerlərinin bağlanmasına nail olur, əhali arasında narazılıq yaradır. Gədəbəydə baş verən qanunsuzluqlarla bağlı İNK rəsmi qaydada Prezidentə, 1-ci vitse-prezidentə, Prezident Administrasiyasına, Baş Prokurorluğa, Dövlət Təhlükəsizilik Xidmətinə müraciət ünvanlayıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ