SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hava nəqliyyatı nazirinin başı üstündə “qara bulud”lar: Cahangir Əsgərov da gedir

Hava nəqliyyatı nazirinin başı üstündə “qara bulud”lar: Cahangir Əsgərov da gedir

Tarix:

21-02-2017, 00:11

/ 2 701 dəfə oxundu.
Hava nəqliyyatı nazirinin başı üstündə “qara bulud”lar: Cahangir Əsgərov da gedir

Ölkənin hava nəqliyyatı “kralı”nın başı üzərində də “qara bulud”lar dolaşır. AZAL prezidenti Cahangir Əsgərovun 67 yaşı bu ilin iyulunda tamam olur.

Daxil olan məlumatda iddia olunur ki, baş pilotun təmtəraqlı şəkildə yola salınması gözlənilir. Nəqliyyat nazirinin dalınca növbə hava nəqliyyatı nazirinə çatıb.

C.Əsgərovdan narazılıq heç də Z.Məmmədovdan az deyil. AZAL şefindən təkcə adi vətəndaşların yox, hökumət rəsmilərinin və deputatların da şikayət etməsinə rast gəlmək olar.

Keçmiş nazirdən sıravi insanlar narazılıq edirdilərsə, baş pilotdan yuxarı səviyyədə etirazlar var. C.Əsgərovun gedişinin səbəbi AZAL-da qiymətlərin bahalığı deyil, iqtidarda iri fiqurları saymamasıdır.

Yuxarılarda yüksək çinli məmurları vecinə almayan AZAL prezidenti özünü ölkənin prezidenti kimi aparır. Bu da istər-istəməz narazılıqla qarşılanır və ölkə rəhbərliyinə dosye təqdim olunur.

Azərbaycanın ən odioz məmurlarından biri yenə də iqtidar mənsublarının hədəfindədir. Ölkənin baş pilotu, hakim elita içərisində birmənalı qarşılanmayan, kobud xarakterə malik olduğu deyilən AZAL prezidentinin xoşagəlməz avtoritetliyi yuxarı eşelonda qəbul edilmir.

Necə deyərlər, “sirkə nə qədər tünd olsa öz qabını çatladar”. Cahangir Əsgərovun saymazyana siyasəti, hakimiyyətdə əksər məmurları vecinə almamağı haqqında damla-damla göl yaradır.

Yəni, prezident İlham Əliyevin masasına heç də sərnişinlərdən ya da sıravi iş adamlarından yox, hakim komandadakı ayrı-ayrı adamlardan dosye çatdırılır.

Daxil olan məlumatda iddia olunur ki, C.Əsgərov da kadr islahatlarının davamı kimi siyahıda yer alıb. Onun yerinə gənc və xarici təhsilli şəxsin təyinatı gözlənir. Prezident komandanı tamamilə gəncləşdirmək siyasətini götürüb.

AZAL şefi indiyə qədər müsbət bir hadisə ilə gündəmə gəlməyib. Milli Məclisdə tez-tez tənqid atəşinə tutulan baş pilotdan hamı xirtədəyə qədər narazıdır. Və hamı da prezidentə Cahangir Əsgərov barəsində şikayətlərini yazır. Bu sırada yüksək çinli məmurların da adı keçir.

Məsələ təkcə monopoliya və qiymət bahalığı deyil, AZAL şefinin özünü ölkənin sahibi kimi aparması, tənqidləri qulaqardı etməsi, məmurları saymamasıdır.

Bir zamanlar bu yolu gedən nəqliyyat naziri Ziya Məmmədovun qol-qanadı sındırıldı, vəzifəliləri də xərac oturtmuş millit təhlükəsizlik naziri Eldar Mahmudov da sıradan çıxarıldı, iş adamlarının dərisinə saman təpmiş vergilər naziri Fazil Məmmədov da cəzalandırıldı.

İqtidarın siyasətində əndazəni aşmaq və qırmızı xətti keçmək bağışlanmaz xətadır və ağır cəzalandırma üsulları tətbiq olunur. İqtidar yetkililəri ən yuxarı səviyyədə narazılığı ifadə etməklə dövlət başçısının dosyeyə uyğun addım atacağına inanırlar.

Şərhlər

XƏBƏR LENTİ