XalqXəbər.Az

Elmar Vəliyevi o əvəzləyə bilər... - Gözlənti

yüklənir...
Elmar Vəliyevi o əvəzləyə bilər... - Gözlənti
6-03-2018, 17:38
yüklənir...

Yola salınacağı haqda xəbərlər yayılan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevi kimin əvəzləyəcəyi indidən bəllidir. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, hazırda Qaradağ RİH başçısı postunu tutan Süleyman Mikayılov Gəncəyə icra başçısı gəlmək istəyir.

Xatırladaq ki, ayrı-ayrı KİV-lərdə həqiqətən də hər iki rayonun rəhbərinin dəyişdiriləcəyi haqda məlumatlar yer alıb.

Məlumatlı mənbə bildirir ki, Elmar Vəliyevin yerinə təyinat ala bilməsi üşün indidən qollarını çırmayan Süleyman Mikayılov bu işdə yalnız vəı yalnız Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova bel bağlayır. Mənbənin söylədikləri:

"Kəmaləddin Heydərovun belə bir məqamda Süleyman Mikayılovun arzularını yerinə yetirə biləcəyi imkansız görünür. Onun nəinki yenidən təyinatı, hətta bu gün vəzifədə qalması belə FHN şefi üçün problem ola bilər. Ən azından son olaraq baş verənlər və anonsu edilən olacaqlar belə deməyə əsas yaradır".

Mənbə iddia edir ki, amma buna rəğmən Süleyman Mikayılov Gəncəyə başçı gələ bilməsi üçün bütün imkanlarını işə salıb: "Ola bilsin ki, yaxın günlərdə nələrəsə şahidlik edək. Yəni dəyişiklik göləniləndir. Çünki Mikayılov şanslı hesab olunmasa da, mövqeləri daha da ciddi şəkildə laxlayan Elmar Vəliyevin ondan da şanssız olması dəyişikliyi labüd edib".

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.