SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gülşən Əliyevanın rektor olmaq planı baş tutacaqmı? - İDDİA

Gülşən Əliyevanın rektor olmaq planı baş tutacaqmı? - İDDİA

Tarix:

4-03-2018, 17:15

/ 1 939 dəfə oxundu.
Gülşən Əliyevanın rektor olmaq planı baş tutacaqmı? - İDDİA

"Ötən ilin dekabrında Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilərək, vergilər naziri təyin edilməsi ölkədə ciddi əks-səda doğurdu. Bir sıra səbəblərdən bu təyinatdan sevinənlər də oldu, kədərlənənlər də". Bu fikirlər xalqxeber.az-a göndərilən məqalədə yer alıb. Daha sonra məqalə müəllifi davam edir:
"Bu mənada ən çox kədərlənən, narahatlıq keçirən şəxslərdən biri kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyevanın adını çəkmək olar. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, Gülşən Əliyevanın yaşı çox olmasa da, artıq prorektor vəzifəsi onu qane etmir və o, rektor olmaq iddiasına düşüb. Bu məqsədlə bütün “zəruri” addımlar atılıb və ötən ilin ikinci yarısında sabiq təhsil naziri ilə “anlaşma” əldə edilib. Mikayıl Cabbarov Gülşən Əliyevanı əmin edib ki, onun rektor olması üçün əlindən gələni edəcək. Hətta deyilənə görə, xeyli vaxtdan bəri boş qalan Azərbaycan Texniki Universitetinə rektor gətirilmək məsələsi də bir ara müzakirə mövzusu olub. Ancaq sonradan bu təyinat məqsədəuyğun sayılmayıb. Son qərar ondan ibarət olub ki, 2018-ci ilin əvvəlində Gülşən Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rektor təyinatı gerçəkləşsin. Ancaq məlum səbəblərdən bu plan baş tutmayıb.
İndi Gülşən Əliyeva nə edəcəyini bilmir. Ümidi yalnız ona qalıb ki, Mikayıl Cabbarovun yaxın adamı kimi tanınan və hazırda təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov sözügedən vəzifəyə birdəfəlik təyinat alsın və nəticədə o, sabiq təhsil nazirinin yarımçıq qalan işini sona çatdırsın.
Yeri gəlmişkən, onu da xatırladaq ki, bi müddət əvvəl Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyevanın mədəniyyət və turizm naziri vəzifəsinə təyin ediləcəyi, onun yerinə isə Gülşən Əliyevanın gətiriləcəyi ilə bağlı bəzi KİV-lərdə məlumat yayılmışdı. Əslində isə sözügedən nazirliyin rəhbərliyində dəyişiklik gözlənilmir və Fərəh Əliyevanın da bu söz-söhbətlərlə heç bir əlaqəsi yoxdur. Sadəcə rektorun prorektorlarla münasibətlərinin pisləşməsi üçün Gülşən Əliyevanın yaxın çevrəsi məqsədli şəkildə bu məlumatları dövriyyəyə buraxıb.
Qeyd edək ki, Fərəh xanımla Gülşən xanım çoxdan bir-birilərini tanıyırlar və demək olar ki, yaxın rəfiqə sayılırlar. Elə universitetdəki kabinetləri də qarşı-qarşıyadır. Məhz bu yaxınlığın nəticəsidir ki, Gülşən Əliyeva beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor olsa da, Fərəh Əliyeva çox vaxt digər sahələrlə bağlı məsələləri də onunla müzakirə edir və
müvafiq tapşırıqlarını da məhz ona verir. Hətta məlumata görə, Gülşən Əliyeva Fərəh Əliyevanın razılığı ilə həm qabiliyyət, həm də semetr imtahanlarına yaxından müdaxilə edir.
Gülşən Əliyevanın bu hegemonluğu, təbii ki, digər prorektorlar tərəfindən narazılıqla qarşılanır və hətta bu narazılıq bəzi hallarda ciddi qarşıdurmaya, söz-söhbətə gətirib çıxarır.
Onu da vurğulayaq ki, Gülşən Əliyevanın sayəsində universitetin beynəlxalq əlaqələrinin hansı səviyyədə olduğu bilinməsə də, təlim-tərbiyə işləri ilə bağlı vəziyyət göz önündədir. Belə ki, nizam-intizamın, dərsə davamiyyətin zəif olması, tələbələrin dəhlizlərdə uca səslə fit çalaraq zarafatlaşmaları, qızların həyətdə nümayişkaranə şəkildə siqaret çəkmələri tərbiyə işləri üzrə prorektorun necə işləməsi haqqında aydın təəssürat yaradır.
Ancaq bu vəziyyət Gülşən Əliyeva üçün o qədər maraqlı deyil. O, məşhur Kəngərlilər nəslindən olması və qohumlarının, tanışlarının ali dövlət orqanlarında çalışması ilə öyünür və heç nəyə baxmayaraq, əmindir ki, gec-tez öz arzusuna çatacaq".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ