SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DTX-dan dövlət sirri təşkil edən məlumatlardan istifadə edən təşkilat rəhbərləri ilə bağlı qərar

DTX-dan dövlət sirri təşkil edən məlumatlardan istifadə edən təşkilat rəhbərləri ilə bağlı qərar

Tarix:

28-02-2018, 11:09

/ 1 712 dəfə oxundu.
DTX-dan dövlət sirri təşkil edən məlumatlardan istifadə edən təşkilat rəhbərləri ilə bağlı qərar

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə məsul rəhbərlərinin bilik və bacarığının qiymətləndirilməsi üçün dövlət attestasiyasının keçirilməsi Qaydaları”nı təsdiq edib.

Bu Qaydalar müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə məsul rəhbərlərinin dövlət attestasiyasının keçirilməsi məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb.

Təşkilat rəhbərinin dövlət attestasiyasının keçirilməsində məqsəd təşkilatın fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla onun rəhbərinin dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili sahəsindəki bilik və bacarığının müsahibə yolu ilə qiymətləndirilməsidir. Təşkilat rəhbərinin bilik və bacarığının qiymətləndirilməsi həmin təşkilatın xüsusi ekspertizasının keçirilməsi ilə bərabər aparılır. Təşkilat rəhbərinin dövlət attestasiyası Dövlət Təhlükəsizliyi Xidmətində yaradılmış Ekspert Komissiyası tərəfindən həyata keçirilir. Dövlət sirri təşkil edən məlumatlarla bağlı işlərin icrasına buraxılmış təşkilatın rəhbəri vəzifəsinə yeni təyin olunmuş şəxs 3 ay müddətində dövlət attestasiyasından keçməlidir. Təşkilat rəhbəri ilə müsahibə Azərbaycanın dövlət dilində və fərdi qaydada aparılır. Müsahibə 30 dəqiqə ərzində aparılır. Müsahibə zamanı verilən suallar konkret və aydın olmalı, dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili ilə əlaqədar məsələləri, təşkilatın iş istiqamətlərini (xüsusiyyətini) və dövlət sirrinin mühafizəsi üzrə normativ hüquqi aktları əhatə etməlidir. Müsahibə zamanı Ekspert Komissiyasının üzvləri tərəfindən təşkilat rəhbərinə 10 sual verilir. Təşkilat rəhbərinin verdiyi cavab Ekspert Komissiyasının hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 ballardan biri ilə qiymətləndirilir və sonra Ekspert Komissiyasının üzvlərinin verdiyi qiymətlər toplanaraq, müsahibədə iştirak edən Ekspert Komissiyasının üzvlərinin sayına bölünür. Müsahibənin nəticəsinə görə ən çox 100 bal toplamaq mümkündür və ən azı 70 bal toplamış təşkilat rəhbəri müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Ekspert Komissiyası təşkilat rəhbərinin bilik və bacarığının qiymətləndirilməsi üzrə keçirdiyi müsahibənin nəticəsindən asılı olaraq iki qərardan yalnız birini qəbul edir:
-müsahibənin nəticəsi məqbuldur;
- müsahibənin nəticəsi qeyri-məqbuldur.

Ekspert Komissiyasının qərarı dövlət attestasiyasından keçən təşkilat rəhbərlərinə dövlət attestasiyasının keçirildiyi gün Ekspert Komissiyasının iclasından sonra elan edilir. Təşkilat rəhbərinin dövlət attestasiyasının nəticəsi dövlət attestasiya aktı (əlavə olunur) ilə rəsmiləşdirilir.

Yeni Qaydaların qəbulu ilə əlaqədar “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı müəssisə, idarə və təşkilat rəhbərlərinin bilik və bacarığının qiymətləndirilməsi üçün attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 12 sentyabr 2011-ci il tarixli qərarı ləğv edilib.

Şərhlər

XƏBƏR LENTİ