SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputat: “Piyadalara qarşı cəzalar sərtləşdirilməlidir”

Deputat: “Piyadalara qarşı cəzalar sərtləşdirilməlidir”

Tarix:

23-02-2018, 16:42

/ 1 434 dəfə oxundu.
Deputat: “Piyadalara qarşı cəzalar sərtləşdirilməlidir”

“Bir çox hallarda piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində qəzalar baş verir”

“Bir neçə gün əvvəl əfv komissiyasının iclasında tanış olduğumuz ərizələrin əksəriyyəti piyadalarla bağlı baş verən qəzalarla əlaqədar idi”.

Bu sözləri millət vəkili Elmira Axundova "Yol Hərəkəti haqqında” qanun layihəsi ilə bağlı dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili bu hadisələr nəticəsində bəzən iki ailənin məhv olduğunu xatırladıb: "Buna görə də piyadaların piyada keçidlərindən istifadəsi ilə bağlı cəzalar sərtləşdirilməlidir”.

Millət vəkili "Yol hərəkəti haqqında” qanunda sərnişinlər və avtobus sürücüləri ilə bağlı müddəaların da sərtləşdirilməsinin vacibliyini bəyan edib: "Müvafiq qurumların açıqlamaları göstərir ki, sərnişin avtobusları ilə törədilən qəzalar artıb. Özəl sərnişindaşıma şirkətinin sürücüləri bəzən sürücülük vəsiqəsi olmadan fəaliyyət göstərir. Bu zaman yüzlərlə insanın həyatı təhlükəyə atılır. Belə şəxslərin cəzaları artırılmalıdır. Mətbuatdan tez-tez sərnişinlərin sürücülərə qarşı kobudluq etməsi halları ilə qarşılaşırıq. Hesab edirəm ki, avtomobil-nəqliyyat haqqında qanunun 32-ci maddəsində boşluq aradan qaldırılmalıdır”.

Şərhlər

XƏBƏR LENTİ