SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ‘‘Bakcell Ltd’’ vətəndaşı təhqirdən betər etdi – müştərisini ələ salır...?

‘‘Bakcell Ltd’’ vətəndaşı təhqirdən betər etdi – müştərisini ələ salır...?

Tarix:

23-02-2018, 14:22

/ 2 044 dəfə oxundu.
‘‘Bakcell Ltd’’ vətəndaşı təhqirdən betər etdi – müştərisini ələ salır...?

Redaksiyamıza dəfələrlə şikayətini bildirən müştərinin nömrəsini tələb edən Bakcell Ltd şirkəti azərbaycanlı müştərinin şikayətini araşdıraraq dəymiş ziyanı qaytaracağını qeyd etmişdi. Bu qeydlər üzərinə müştərinin tam şəkildə istifadəsində olan nömrəsini verərək vətəndaşın probleminin aradan qaldırılacağına və dəymiş ziyanın geri qaytarılacağına ümid etmişdik. Əfsuslar olsun ki ümidlərimiz puç oldu. Bakcell Ltd nəyinki vətəndaşın ziyanını ödədi hətta onu təhqir etməkdən betər hala saldı. Yenidən redaksiyamıza üz tutan +994 55 – - - 95 15 nömrəli abonentin balansından oğurlanan nəğd pulların və megabayt şəklində alınmış 9 azn dəyərində 3 gb internet tarifinin bu günə qədər qaytarılmayıb. Abonentin nömrəsin bizdən aldıqdan bir ay sonra müştəriyə Bakcell tərəfindən qəribə bir sms daxil olub. Həmin sms özünə təhqir hesab edən müştəri bir neçə ayda vurduqları ziyanın qarşılığında ona təklif edilən internet paketinə görə əsəb keçirdiyin bildirib. Durmadan gələn sms və insanları hərhansı bir işə təhrik etmək göründüyü qədər mobil operatorlarda artıq adət halını alıb. Adət etdikləri məsələnin əsası isə müştərinin balansını tarif paketinə xərclədiyini oğurlamaq əvəzində isə qəpik quruş qaytararaq onu razı saldığını düşünmələridir.
Redaksiyamıza danışan O.Seyidov qeyd edib ki, bir neçə aydır balansının kəskin azalmasını müşahidə edib. Buna o qədər əhəmiyyət verməyərək yəqin danışmışam və ya uşaq telefonu qurcalayıb balansdakı məbləğ onun üçün bu qədər azaldığını düşünüb. Təbii ki, uşağının əli hətta telefona çata bilməyəcəyi qədər hündür bir yerdə saxladığından daha sonra bu ehtimalın ola bilməyəcəyin dəqiqləşdirib. Balansının şirkət tərəfindən və onlarla əlbir olan provayderlərin oğurlayacağı düşüncəsi isə yanvar ayı üçün yüklədiyi internet trafiq xidməti olub. 3 GB internet paketi alan O.Seyidov bir günün tamamında balansının yoxa çıxdığın görüb. Daha sonra müştəri xidmətlərinə zəng edərək mobil telefonumdan məbləğin necə yoxa çıxdığın xəbər alıb. Müştəri xidmətləri isə onun internet paketinin ləğv edildiyini, buna görə də internet istifadəsi zamanı balansda olan məbləğin hesabından idarə haqqı çıxıldığın qeyd edib. O.Seyidov necə ola bilər səhər-səhər 9 azn dəyərində 3 gb internet xətti almışam mənim xəbərim olmadan bu 3gb interneti kim ləğv edib – deyə sual etdikdə. Müştəri xidmətlərindən bunun cavabını ala bilməyib. Həm 9 azn dəyərində internet paketi onunla yanaşı isə balansından aylarla çəkilən pullar üstəgəl gb sifariş etdiyi ödənişini dərhal verdiyi məsələyə görə əlavə balansının pulunun oğurlanması ilə qarşılaşıb. Vətəndaş O.Seyidov qeyd edir ki, şirkətdən ona bildirilən məsələnizlə bağlı araşdırma aparıb məlumatlandıracağıq kəlməsindən ən azından ona dəymiş mənəvi və maddi təzminatımın ədalətli qərarla geri qaytarılacağın gözlədiyim halda Bakcell Ltd məni dahada betər təhqir etdi. Təhqir saydığı isə Bakcell Ltd tərəfindən vətəndaşa göndərilən sms olub.
Mənim halal pulumu və gb paketimi mənimsəyən şirkət hal hazırda mənə bütün dəymiş ziyanıma görə 3 gb(3000 mb) internet maddi balansımdan yoxa çıxan puların kanpensasiyası üçün 360 mb internet verərək üstəgəldə 7 gün bunun istifadəsinə müddət təyin edib. Haqqlı olduğum yerdə məni haqqsız duruma salan şirkət artıq heç bir hörmətə layiq olmadığını düşünməyə məni vadar edir. Göründüyü qədər Bakcell Ltd ilə hüquqi müstəvidə həmsöhbət olmağın vaxtıdır. Çünki şirkət və onların piar şirkəti vətəndaş (müştəri) hüquqlarına hörmət qoymamaqdadırlar. Yazdıqları sms o qədər gülünc bir tekst üzərinə qurulub ki, bunların etdikləri əmələrinə, özlərinin oğurluqlarının haqqlı olduğun zənd edirlər. Sonda O.Seyidov Azərbaycan xalqını ALDANMAĞA YOX! BAKCELL LTD YOX! deyək kanpanyasına məhs sosial şəbəkələrdə başlayacağını qeyd etdi.
SMS-də bu cür yazılıb: “Hörmətli abunəçi anlayışınıza görə Sizə minnətdarıq və keçən ay internet paketinizlə bağlı baş verən texniki çətinliyə görə, Sizə PULSUZ 360mb (istifadə müddəti 7 gün) təqdim edirik. Yaranmış narahatçılığa görə üzr istəyirik. Bizimlə olduğunuz üçün Sizə təşəkkür edirik. Hörmətlə, Bakcell”
Artıq vətəndaş tək olmadığını bu abonentdən savayı bir necə şəxsin redaksiyamıza zzəng edərək şikayətlərini bildirdiyinidə diqqətinizə çatırmaq istəyirik. Xalqın pulunu alıb özünü bu cür ələ salmaq isə nə peşəkarlığa nə də insanlığa sığacaq durum deyildir. Bakcell Ltd dəfələrlə abunəçilərin provayderlərə qanunsuz olaraq satır və ölkədən milyonların xaricə çıxmasına zəmin yaratması hallarınında olmasə ilə bağlı məlumatlar daxil olmaqdadır. Internet şəbəkəsini açıb yenidən bağladıqda müştərinin balansından məbləğ olaraq 70-80 qəpik silinir. Dünyanın heç bir operatorunda hətta roming xidmətində belə tarifə rast gəlmək mümkün deyildir.

Mövzuya qayıdacağıq.

Həmin sms əslini olduğu kimi fotoda sizə təqdim edirik.

BakuNews.az
‘‘Bakcell Ltd’’ vətəndaşı təhqirdən betər etdi – müştərisini ələ salır...?
‘‘Bakcell Ltd’’ vətəndaşı təhqirdən betər etdi – müştərisini ələ salır...?

Şərhlər

XƏBƏR LENTİ