SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vəzifəsiz qalan məmurlar: Nazirlərdən icra başçılarındək - SİYAHI

Vəzifəsiz qalan məmurlar: Nazirlərdən icra başçılarındək - SİYAHI

Tarix:

22-02-2018, 17:53

/ 1 609 dəfə oxundu.
Vəzifəsiz qalan məmurlar: Nazirlərdən icra başçılarındək - SİYAHI

Azərbaycanda yüksək dövlət vəzifələrində işləmiş və sonradan postlarını bu və ya digər səbəblərdən itirən şəxslər daim gündəmdə olub.

Cebhe.info 2017- ci ildə vəzifələsindən gedən və boşalan vəzifəyə təyinat alan yüksək rtbəli məmurların siyahısını təqdim edir:

1.Ötən ilin fevralında prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirib. Yeni yaradılan nazirliyə isə Ramin Namiq oğlu Quluzadə rəhbər təyin edilib.

2.Energetika naziri Natiq Əliyevin də postu onun ölümündən sonra bir müddət sahibsiz qalıb. Prezidentin 13 noyabrda verdiyi sərəncamla bu posta Pərviz Oqtay oğlu Şahbazov gətirilib.

3.Ötən ilin son ayında təhsil naziri Mikayıl Cabbarov və vergilər naziri Fazil Məmmədov ölkə başçısının sərəncamı ilə tutduqları vəzifədən azad edilib. Digər sərəncamla Mikayıl Cabbarov vergilər naziri təyin edilib. Təhsil naziri postu isə hələlik boşdur.

Yola saldığımız ildə həmçinin prezident sərəncamı ilə 3 icra başçısı da vəzifəsindən uzaqlaşdırılıb. 1 iyun tarixində prezident sərəncamı ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov vəzifəsindən azad edilib. Elə həmin gün Kamal Cəfərov sözügedən rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Şərur rayonundan əvvəl 3 il Sədərək rayonunun icra başçısı vəzifəsini icra edən İ.Məmmədov sonuncu sərəncamdan sonra icra orqanlarından uzaqlaşıb. Həmin il icra başçısı vəzifəsi ilə vidalaşan digər başçı isə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin rəhbəri İbrahim Mehdiyev olub. O, 1 iyul tarixində prezidentin imzaladığı sərəncamla vəzifəsindən azad edilib. 2016-cı ildə "Şöhrət” ordeni ilə təltif olunana keçmiş RİH başçısı 2000-2006-cı illərdə Xətai rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildə Xətai RİH rəhbəri vəzifəsindən azad edilərək Yasamala gətirilib. 2 dekabr tarixində İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə bu vəzifəyə təyin edilmiş Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib. O, bundan öncə Ucar RİH-nin başçısı vəzifəsində çalışıb. Y.Məmmədov sonuncu sərəncamla icra orqanlarından uzaqlaşdırılıb.

Ötən il həmçinin 5 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib. Bundan əlavə 2017-ci ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, general-mayor Novruzəli Orucov prezident İlham Əliyevin sərəncamı ilə oğlunun törətdiyi cinayətə görə vəzifədən azad olunub.

Ötən il vəzifəsindən azad olunanlardan biri də Elmlər Akademiyasının Aqrar elmlər üzrə fəlsəfə doktoru Əmrah Məmmədovdur. O, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Naxçıvanda da bir neçə nazir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq sərəncamları ilə tutduqları vəzifədən kənarlaşdırılıb.

4. Belə ki, 2017-cilin fevralında Naxçıvanın maliyyə naziri Xalid İsgəndərov vəzifəsindən azad edilib. Onun yerinə Səbuhi Məmmədov təyin edilib. İyulun 28-də isə Vasif Talıbovun sərəncamı ilə Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad olunub. Vasif Talıbov bu vəzifəyə Fazil Ələkbərovu gətirib.

Şərhlər

XƏBƏR LENTİ