SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sahibkarların yarım milyonunu mənimsəyən “Qurtuluş TV”-ni Gülənlə nə bağlayır?

Sahibkarların yarım milyonunu mənimsəyən “Qurtuluş TV”-ni Gülənlə nə bağlayır?

Tarix:

20-02-2017, 11:22

/ 1 220 dəfə oxundu.
Sahibkarların yarım milyonunu mənimsəyən “Qurtuluş TV”-ni Gülənlə nə bağlayır?

Əbdüləziz Bayındır kimdir?

Bu günlərdə "Qurtuluş MR”MMC-nin təsis etdiyi "Qurtuluş TV”ətrafında baş verən maliyyə maxinasiyaları ilə bağlı məlumat vermişdik.

Eyni zamanda, yazının sonunda növbəti yazılarımızla bağlı kiçik anonslar da dərc etmişdik. İndi isə növbəti yazımızı təqdim edirik. Öncə bir neçə gün öncə dərc edilən yazı barədə qısa arayış veririk. Son bir neçə ayda7News.azr edaksiyasının ünvanına jurnalistika adı altında həyata keçirilən maxinasiyalarla bağlı ciddi şikayətlər daxil olmaqdadır.

Redaksiyamıza ünvanlanan müraciətlərdən biri daha cidi maliyyə maxinasiyasına aid olduğuna görə təqdim etməyi özümüzə borc bilirik. Bəzi media qurumlarından da bildiyinizi kimi 06 iyun 2016-cı il tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Qurtuluş MR”MMC-nin təsis etdiyi"Qurtuluş tv”-nin və qtvxeber.az saytının təqdimat mərasimi keçirildi. Mətbuat Şurasının, Milli Teleradio Şurasınınvə ölkənin aparacı media qurumlarından bir nəfərin də qatılmadığı təqdimat mərasimindən sonra tv-nin youtube kanalında bəzi verilişlərin anonsu ilə bağlı olduqca qeyri-peşəkar videolar yayılmağa başladı.

Təqdimat mərasimində Qurtuluş tv”-nin təsisçisi Rəşad Məmmədovçıxış edərək "böyük strategiya” ilə bağlı geniş vədlər verdi. Sahibkarlara peyk vasitəsi ilə yayınlanacağı ilə bağlı verilən vədlər elə açılış mərasimindəcə puça çıxdı. Belə ki, ilk mərhələdə TV-nin internet üzərindən yayınlanacağı ilə bağlı elan verildi. Daha sonra isə bir neçə verilişin adı qeyd olunaraq yaxın zamanlarda "Türksat" vasitəsi ilə Tv-nin yayımının Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Orta Asya ölkələrindəizləməyin mümkün olunacağı qeyd edildi. Amma...

RƏŞAD MƏMMƏDOV VƏ ARZU HACIYEVANIN "MALİYYƏ PLANI”

"Qurtuluş Günü” hər bir azərbaycanlı üçün olduqca əlamətdar bir gündür. Məhz bu gündə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı, ölkəmizin xəritədən silinmə təhlükəsinə son qoydu, tariximizdə yeni era başladı. Məhz buna görə bu tarix bizə həm əziz, həm də şərəflidir. Ancaq görünür bəzi insanlar öz məkrli məqsədlərini həyata keçirmək üçün bütün milli-mədəni dəyərləri tapdalamağa hazırdırlar. Ən şərəfli peşə sayılan jurnalistika üzərindən Ulu Öndər tarixinə qədər uzanan "qara niyyətin” müəllifləri mütləq şəkildə ədalət qarşısında cavab verməlidirlər."Qurtuluş tv”-nin təsisçisi Rəşad Məmmədov və direktoru Arzu Hacıyevaölkədə fəaliyyət göstərən bir çox iş adamından yeni, perspektivli TV açmaları və onlara MMC-də pay verilməsi ilə bağlı vədlər verərək olduqca böyük məbləğdə vəsaitlər almışlar. Adının çəkilməsini istəməyın sahibkarlar ilkin mərhələdə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə bağlı tarixə düşən Qurtuluş günü ilə bağlı yaradılacaq TV-də rolu olmasından fəxr etdiklərini qeyd edirdilər. Onlar heç bir halda bu ad altında kimlərinsə maliyyə maxinasiyası edəcəyini düşünmədiklərini bildiriblər. Məsələ ətrafında ilkin məlumata görə"Qurtuluş tv”-nin təsisçisi Rəşad Məmmədov və direktoru Arzu Hacıyevailə bağlı bəzi polis bölmələrində ilkin araşdırmalar başlayıb. Artıq Yasaman və Nərimanov polis bölmələrində bəzi şəxslər ifadələr veriblər. Respublika Baş Polis İdarəsi də məsələyə öz münasibətini bildirəcək. Bundan başqa işdə korrupsiya elementləri olduğuna görə bu hallarla mübarizə aparan müvafiq qurumların da müdaxiləsi istisna edilmir. Maxinasiyada, həmçinin,CBC kanalında işlədiyi iddia olunan Samir Cəfərovun daadı hallanır.

Budəfəki yazımız isə daha bir "Qurtuluş tv” qurbanıdır. Bəşirov Orxan adlı şəxs redaksiyamıa müraciət edərək "Qurtuluş tv”-nin təsisçisi Rəşad Məmmədov və direktoru Arzu Hacıyeva tərəfindən aldadıldığını qeyd edib. O, üst-üstə bütövlükdə 5 min manata yaxın vəsait yatırım elədiyini qeyd edir. əslində o bunu yatırım kimi başa düşüb. Sonradan aldadıldığını başa düşən Bəşirov Orxan məhkəmələrə üz tutmağa məcbur olub. Ancaq uzun müddət davam edən prosesin heç bir nəticə vermədiyini görə O.Bəşirov sonrada bu mübarizədən yorulduğunu deyir. Bizim redaksiyamıza müraciətində isə Bəşirov digər sahibkarları da ehtiyatlı olmağa səsləyib. O, "Qurtuluş tv” adı altında yaradılan qondarma TV-nin rəhbərlərinin peşəkar fırıldaqçı olmaları ilə bağlı məlumat verib. Digər aldadılmış, 10 mindən 40 minədək vəsaiti mənimsənilən sahibkarlarla bağlı növbəti günlərdə saytımızda geniş məqalə dərc ediləcəkdir.

İNDİ İSƏ DAHA BİR MƏQAMA TOXUNACAĞIQ

Redaksiyamıza daxil olan məlumata görə yalnız vərəqlərdə olan "qondarma televiziya”nın vəsiqələri respublikanın dörd bir yanına səpələnməkdədir. Heç bir hüquqi qüvvəsi olmayan vəsiqə ilə bir çox "əməkdaşlar” regionlarda reketliklə məşğul olur, təsisçinin qoyduğu "ənənəni” davam etdirilər. Belə ki, təsisçilər də daxil olmaqla bütün saxta əməkdaşlar onlarla sahibkarı aldadaraq 1000 manatdan 50 min manatadək vəsaitlərini mənimsəyiblər. Məsələnin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, TV-nin təsisçiləri məhkəmələrin appelyasiya şikayətindən dolayı verdiyi imkanlardan sui şəkildə istifadə edərək külli miqdarda ziyan dəymiş sahibkarlardan aldadaraq aldıqları vəsaitləri geri qaytarmaqdan imtina edirlər.

Şərhlər

XƏBƏR LENTİ