SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ''Ramiz Həsənov mənə sui-qəsd hazırlatdırır'' - Daşqın Gülməmmədov

''Ramiz Həsənov mənə sui-qəsd hazırlatdırır'' - Daşqın Gülməmmədov

Tarix:

14-02-2018, 16:17

/ 2 065 dəfə oxundu.
''Ramiz Həsənov mənə sui-qəsd hazırlatdırır'' - Daşqın Gülməmmədov

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov mənim fiziki cəhətdən məhv edilməyim üçün, mənə qarşı sui-qəsd hazırlatdırır. Bir neçə dəqidə öncə mən bir neçə etibarlı mənbədən informasiya almışam.

Bu barədə hazırda Bakıda olan Ukrayna Qarapapq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri, Gürcüstan Türkləri Konfederasiyası (GTK) Ali Məclisinin üzvü Daşqın Gülməmmədov bildirib. O, qeyd edib ki, Ramiz Həsənov və onun qardaşı hazırda Azərbaycan Respublikasının Tiflisdəki Səfiri Dursun Həsənovu son zamanlar ciddi tənqid etdiyim üçün bilməyirlər nə etsinlər. Məni şərlə, böhtanla həbs etdirməyə cəhd etdilər, təhqirlər yazdırdılar, hədələtdirdilər amma heç bir şey edə bilmədilər. Ramiz Həsənov, hökümət üzvüdür, faktiki olaraq oliqarxdır, amma bu o demək deyil o əlindən gələni edə bilər, istədiyi adamı cəzalandıra bilər. 8 iyulda mənim həbsimi şifariş verib, məni 28 gün həsdə saxlatsa da, tam aydın oldu ki, Azərbaycan hüquqi dövlətdir, dərbəylik deyil və hər bir prosses dövlətin nəzarətindədir. Ramiz Həsnova həddini bildirdilər və o geri çəkildi. İndi isə məni susdurmaq üçün məni öldürülməyim üçün sui-qəsd hazırlatdırır. Mən rəsmi şəkildə bəyan edirəm ki, mənə, mənim Azərbaycan və gürcüstanda yaşayan yaxın qohumlarıma qarşı sui-qəsd, fiziki məhvetmə həyata keçirilsə, həbs provakasiyası işə salınsa, ən əsası mən fiziki cəhətdən məhv edilsəm bunun məsuliyyətini məhz 20 avqust 1961-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, həbsdə olan, ləğv edilmiş MTN-nin generalı Akif Çovdarovun yaxın qohumu Ramiz Ayvaz oğlu Həsənov daşıyır.

Artıq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi müraciət hazırlanıb və göndəriləcək, deyə Daşqın Gülməmmədov fikrini tamalamışdır.

Məqalədə adı çəkilən şəxslərin və qrumların mövqeyini dərc etməyə hazırıq.

diaspor.az

Şərhlər

XƏBƏR LENTİ