yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Gündə 3 dəfə 20 saniyəlik öpüşmək…

Gündə 3 dəfə 20 saniyəlik öpüşmək…
14-02-2018, 14:45 124 dəfə baxılıb

ABŞ-ın Rutgers Universitetinin elmi əməkdaşları tərəfindən aparılan araşdırmalar sübut edib ki, ehtiraslı öpüşlər qadın seksuallığını artırmaq üçün ən yaxşı vasitədir. Mütəxəssislər qeyd edib ki, “Öpüş preludiyası” xanım tərəf müqabilinin istəyinə mütləq müsbət təsir edəcək.

Alimlərin eksperimentləri göstərib ki, qadınların seksual istəklərinin artmasına kişinin ağız suyunda olan testesteron hormonu təkan verir. Buna görə də qadınlardakı ehtiras hissinin artması üçün bu üsul ən yaxşı variantdır.

“Seksoloqların əksəriyyəti seksin başda başladığı, fiziki reaksiyanın isə beyin impulslarından sonra gəldiyi ilə razıdır” – bu sözləri araşdırmanın rəhbəri doktor Merilin Qlenvil deyib.

O, əlavə edib ki, qadın libidosunun səviyyəsi stress, hormonlar və ətraf mühit kimi faktorlardan çox asılıdır.

Daha öncə Kanadada aparılan araşdırmalar isə göstərmişdi ki, mütəmadi olaraq öpüşən insanlar daha gec qocalır və 5 il daha çox ömür sürürlər. Həmçinin bu insanlar çox nadir hallarda mədə, öd və qan dövranı ilə bağlı xəstəliklərdən əziyyət çəkirlər.

Alimlərin sözlərinə görə, öpüşərkən nəbz sürətlənir və qan dövranı daha da aktivləşir. Hər gün 3 dəfə 20 saniyəlik öpüşmək yüksək təzyiq və yuxusuzluğa səbəb olan stress hormonlarını yox etməyə kömək olur.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Gunde, defe, saniyelik, 3, 20, opushmek
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ