yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Rəsul Quliyev Heydər Əliyev Fonduna mülk hədiyyə edib - İDDİA

12-02-2018, 19:32 178 dəfə baxılıb

Eks-spikerin hədiyyəsi qəbul edilsə də günahları bağışlanmayıb.
Rəsul Quliyev mülkiyyətində olan və İçərişəhərdə yerləşən şəxsi mülkünü 2008-ci ildə Heydər Əliyev Fonduna hədiyyə edib. Bu barədə 24saat.org saytına eks-spikerin yaxın adamlarından biri məlumat verib. O, bildirir ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində “qayıdış şousu” ilə hakimiyyətlə münasibətləri çox pisləşən R.Quliyevin Fonda hədiyyə verməsinin məqsədi “günahlar”ının bağışlanaraq, “dostcasına” ölkəyə qayıtmaq olub. Ancaq hədiyyə qəbul edilsə də, onun günahaları bağışlanmayıb. Bundan sonra hakimiyyətlə barışmaqdan əlini üzən Rəsul Quliyev şəhərin mərkəzində “Tarqovı” kimi tanınan ərazidə olan bahalı mülkünü və Zağulbada olan böyük bağ evini satmaq isəsə də, buna da icazə verilməyib.
Qeyd edək ki, R.Quliyev vaxtilə hakimiyyətdə yüksək postlarda təmsil olunub. 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarəsinin rəisi təyin edilib.
1993-cü ilin may ayından noyabr ayınadək Baş nazirinin müavini işləyib. 1993-cü ildən deputat seçilən Rəsul Quliyev 1996-cı ilədək Milli Məclisin sədri olub. 1996-cı il sentyabrın 11-də bu postan istefa verib və ABŞ-a köçüb və indiyədək orada yaşayır.
2003-cü ildə keçirilmiş prezident seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülsə də, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmayıb.
2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmaq məqsədilə Azərbaycana qayıdacağını bəyan etsə də, Ukraynanın Simferopol şəhərinə enib.
Orada həbs edilən Rəsul Quliyev 3 gündən sonra azadlığa buraxılıb.
Xatırladaq ki, son açıqlamasında cənab Quliyev yenidən Bakıya qayıdacağını bildirib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: edib, hediyye, Eliyev, , Quliyev, DDA, Resul, Heyder, mulk, Fonduna
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ